Modern.az

Azərbaycan Seyidləri - Xok Seyidlərinin Şəcərəsi  

Azərbaycan Seyidləri - Xok Seyidlərinin Şəcərəsi   

24 Yanvar 2018, 09:13

I yazı

        
"
Seyid" sözünün ərəb dilindən tərcüməsi "ağa" deməkdir. Ümumiyyətlə, ərəb dilində bu söz ehtiram əlaməti olaraq işlədilir. İslam dinində əsl seyidlər Həzrəti Məhəmməd Peyğəmbərin (s) nəslindən olanlar sayılırlar. Məhəmməd Peyğəmbərin (s) nəsli yalnız qızı Fatimənin (ə) İmam Əli (ə) ilə izdivacından doğulmuş Həsən (ə), Hüseyn (ə) vasitəsilə davam edib. Bu gün də dünyanın müxtəlif ölkələrində yüzlərlə seyid yaşayır. İslam dinində seyidlərə ehtiram göstərmək çox təkid olunur. Məclislərdə seyidləri yuxarı başda əyləşdirmək, onun qulluğunda durmaq ənənəyə çevrilib.
        
Tarixən Azərbaycanın müxtəlif rayonlarında da seyidlər yaşayıb və elə indi də yaşayır. Onlardan bəziləri yaşadıqları bölgələrdə kifayət qədər tanınımış, yüksək hörmət-izzət sahib olublar.


İslamın bütün məzhəblərinin qəbul etdiyi inanca görə, Qiyamətdən öncə Yer üzünə gələcək və ədaləti bərpa edəcək şəxs - şiələrin 12-ci imam saydıqları Həzrəti Mehdi - məhz Məhmməd  Peyğəmbərin (s.) soyundan, yəni seyidlərdən olacaq. Belə bir zühuru təkallahlığı qəbul edən digər dinlər də gözlədiyindən xristian və yəhudilər də seyidlik mövzusunu, xüsusən də seyidlərin yayıldığı coğrafiyanı dərindən öyrənməyə çalışır.

 

Araşdırma materiallarına görə, Azərbaycanda Məhəmməd Peyğəmbərin (s.) on iki imamın soy-kökünə, qan damarlarına bağlı olan bir neçə nəsil şəcərəsi var. Bu nəsillər imam nəslinə bağlıdır və genetik kodlar üst-üstə düşür. Toplanmış məlumatlardan o da məlumdur ki, bu genetik kodlar arasında maraqlı fərqlər var. (Məsələn 1952-ci ilin iyun ayının 20-də Moskvada olan ingiltərəli “Taylafer” həkim qrupu VIII-əsrin tarixi və təbabət sənədlərinə əsasən, iddia edirlər ki, İslam Peyğəmbərinin nəslinə məxsus qan hüceyrələrinin quruluşu və bölünmə sürətində, eləcə də qanın rəngində... fərqlər var. Bütün bu fərqlər onlara imkan verir ki, öz bədən quruluşlarına görə, sümük möhkəmliyinə görə və beyin qatlarına görə... başqalarından fərqlənsinlər. Dünya təbabəti hələlik bütün bunların qarşısında aciz qalıb. Qeyd edək ki, Taylafer qrupu bütün bunların kökünü araşdırmaq, öyrənmək və təhlil etmək üçün Azərbaycanın doqquz bölgəsinin üstündə dayanır. Yer üzünün dünənki, bugünkü və gələcək möhtəşəm insanları (bütün sahələrdə) öz genetik kodlarının başlanğıcını məhz o nəsildə axtarmalıdır.

Modern.az saytı “Azərbaycan Seyidləri” adlı yeni layihəsini oxucularına təqdim edir. Layihəmizdə ölkəmizin müxtəlif  bölgələrində yaşayıb fəaliyyət göstərmiş, həm də müasir dövrdə həyatına davam edən tanınmış seyidlər və onların davamçılarından söz açılacaq.
        
“Azərbaycan Seyidləri”
projesinin ilk təqdimatı Naxçıvanın sayılıb-seçilən ocaqlarından olan Xok Seyidlərinin Şəcərəsi barədədir.

Xok Seyidlərinin Şəcərəsi 675(1277) tarixli “Nəsəbnamə” kitabı əsasında tərtib edilib. Bu günədək qorunub saxlanan şəcərəayrı-ayrı vaxtlarda dövrünün  tanınmış, əsil nəcabətli, müqəddəs seyid ocaqlarının nümayəndələri tərəfindən təsdiq edilib. Şəcərənin həqiqiliyini  üzərində olan 30 möhür və imza sahiblərinin bu nəsilhaqqında yazdıqları yüksək fikirlər bir daha sübut edir.


İranlı araşdırmaçı İbrahim Mövlayi 2017-ci ilin avqust ayında şəcərənin üzərində olan 30 möhürün hər birininin müəllifinin adını və onlar haqqında fikirlərini ayrıca bir səhifədə tərtib edib. İbrahim Mövlayi  şəcərə ilə tanış olduqdan sonra bildirib ki, nəsil şəcərələri ilə məşğul olan alimlərin-nəssabların bir yekdil fikri var ki, bir nəsil şəcərəsində 36 babanın adı varsa və bu adlar zaman-zaman təkrarlanırsa, həmin şəcərəni araşdırmağa ehtiyac yoxdur, bu göstəricilər şəcərənin həqiqiliyinin sübutudur.

Şəcərədə göstərilib ki, bu nəslin 28-ci babası imam Museyi – Kazim (əl-Kazim Musa Cəfər oğlu), 33-cü babası Əmirəlmöminin - Əli Əbu Talib oğlu, 36-cı babası Peyğəmbər (s.a.v.), ulu babası (Əbdülmütəllibin atası) Haşimdir.


Bu nəsil şəcərəsinin üzərindəki möhürlər və şərhlər bu nəsil barədə, onun babalarının yaşayış yeri haqqında bəzi qənaətləri söyləməyə imkan verir. Belə ki, bu nəslil şəcərəsində qeyd edilir ki, bu nəslin 11-ci nümayəndəsi Seyid Saleh Tacəddin oğlu bu nəslin 8-ci nümayəndəsi -  İrəvan sakini Seyid Mahmud Seyid Hüseyn oğluna təqdim etmişdir. Həmin şəcərənin təsdiqləyici hissəsində göstərilirki, həqiqətən Seyid Mahmud Seyid Hüseyn oğlu bu müqəddəs Seyid ocağının nümayəndəsidir və İrəvan şəhərində yaşayıb.

Şəcərədə göstərilən adlara diqqət yetirəndə həmin şəxslərin sonradan yaşayış yerlərini dəyişdikləri məlum olur. Nəsil Şəcərəsində bu nəsil nümayəndələrinin adlarının qarşısında “Seyid” sözünün işlədilməsi və onların İrəvan sakinləri olması göstərilir. Sonradan  Nəsil Şəcərəsi Mirbaba Seyid Mustafa oğlu ilə davam edir. Bu fakt İrəvan sakini, Seyid Mustafa Seyid Əhməd oğlunun sonralar Naxçıvana (İrana daha yaxın əraziyə) köçməsini sübut edir. Çünki İran ərazisində seyidlərin adlarının qarşısında “Mir” sözü işlədilirdi. Seyid Mustafa Seyid Əhməd oğlunun Naxçıvana köçməyi təxminən 1730-cu illərə təsadüf edir. İstanbuldakı Başbakanlıq Arxivində saxlanılan “Naxçıvan sancağının” müfəssəl dəftərlərində  göstərilən fakta - 1727-ci ilə qədər Xok kəndində daimi yaşayış olmayıb faktına istisna etsək, deyə bilərik ki, Seyid MustafaSeyid Əhməd oğlunun ailəsiXok kəndində məskunlaşan ilk ailələrdəndir, başqa sözlə, bu kəndin əsasını qoyanlardandırlar.


Bu nəslin hazırki davamçıları Modern.az-a deyiblər ki, babaları Seyid Mustafa Xok kəndində anadan olan oğlunun adını Mirbaba qoyub. Mirbaba Seyid Mustafa oğlu təxminən 1734-cü ildə anadan olub.

1810-cu il tarixli təsdiqləyici sənəddə “Naxçıvan sakinləri Seyid Əhməd, Seyid Mustafa və Seyid Məmməd Mirbaba oğlanlarının həqiqətən bu müqəddəs Seyid ocağının nümayəndələri olduğu və xums, zəkatdan istifadə etməyə hüquqları vardır...” sözləri qeyd edilib. Daha əvvəlki təsdiqləyici sənəddə isəSeyid MustafaSeyid Əhməd oğlunun babası, Seyid Mahmud Seyid Hüseyn oğluna “İrəvan sakini” deyə xitab edilib və ona İrəvan şəhərində şəcərə təqdim edilib. Həmin şəcərədə  göstərilir ki, Mirbaba və onun uşaqları Seyid Əhməd, Seyid Mustafa və Seyid Məmməd Xok kəndində yaşayıb, 1810-cu ildə onların şəcərələri Naxçıvan vilayəti seyidləri tərəfindən təsdiq edilib.
Amma onu da qeyd edək ki, Naxçıvan diyarının müfəssəl dəftərinə görə ərazi-inzibati bölgüsü Səfəvilər dövlətində olduğu kimi, Osmanlı imperiyası dövründədə saxlanıb. Bu sənədə görə müəyyən edilirdi ki, Ararat rayonunun cənub-şərq hissəsi, Yexeqnadzor rayonu bütünlüklə, Cermux rayonunun tam yarısı, Sisyan rayonunun böyük bir hissəsi və Meqri daxil olmaqla rayonun bir sıra yaşayış mətəqələri Naxçıvan sancağına daxil idi. Sədərək və Şərur nahiyələri İrəvan əyalətinə daxil idi.       O mənada babalarımızın İrəvandan birbaşa indiki Xok kəndinə köçdüklərini söyləməkdə çətinlik çəksəmdə, onların Naxçıvan sancağına köçdüklərini əminliklə deyə bilərəm. Mən bu fikirlərə aydınlıq gətirmək üçün  - kəndimiz və nəslimiz barədə məlumatlar əldə etməkdən ötrü Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etdim.

Milli Arxiv idarəsinin Dövlət Tarix Arxivinin (1831-ci il, fond 24, siyahı 1, saxlama vahidi 357) məlumatlarına görə, 1831-ci il İrəvan quberniyasının Naxçıvan qəzasının (1852-ci ildən Noraşen) Xok kəndində cəmi 46 ailə, 639 nəfər, o cümlədən 345 kişi, 294 qadın  qeydiyyata alınıb. Bu kənddə 1 seyid ailəsi - Seyid İsmayıl Seyid Əhməd oğlunun ailəsi yaşayıb”-deyə şəcərənin müasir nümayəndələri əməkdaşımıza bildiriblər.

Seyid İsmayıl Seyid Əhməd oğlunun ailəsi aşağıdakılardan ibarət olub:

Seyid İsmayıl Seyid Əhməd oğlu- 1806
anası   -   Səkinə - 1786,
qardaşı  - Seyid İbrahim  Seyid Əhməd oğlu - 1823;
bacısı -   Nənəqız 1819.


Arxiv sənədləri sübut edir ki, Seyid İsmayıl Seyid Əhməd oğlu bu kənddə ailə qurubvə ömrünün sonuna qədər bu kənddə yaşayıb.

1859-cu il siyahıya alınmasında Xok kəndində ikinci seyid ailəsi Mirbaba Mustafa oğlu və aşağıdakı tərkibdə onun ailə üzvləri göstərilib:

Mirbaba Mustafa oğlu   - 1830   (29yaş)
oğlu-  MirmustafaMirbabaoğlu   - 1859  (1 yaş)

1831-ci ilsiyahıya alınmasında Mirbaba və onun uşaqları – Seyid Əhməd, Seyid Mustafa və Seyid Məmmədin Xok kəndində yaşadıqlarının qeydə alınmama səbəbini açıqlaya bilməsək də, amma faktlar sübut edir ki, Seyid Əhmədin oğlu Seyid İsmayıl və onun ailəsi həmin tarixdə Xok kəndində yaşayan yeganə seyid ailəsi kimi qeydə alınıb. Və nəhayət bu araşdırmalardan o qənaətə gəlinir ki, Mirbaba Seyid Mustafa oğlunun ocağından olan seyidlər Xok kəndinə köçmüş ilk ailələrdən olublar”.

Axırıncı təsdiqləyici sənəddə göstərildiyi kimi, şəcərə axırıncı dəfə Naxçıvan Seyidləri tərəfindən 1264 (1848)-cü ildə təsdiq olunaraq, Seyid İsmayılın oğlu Seyid İbrahimə təqdim olunub.

Müəyyən səbəblərdən əlverişsiz şəraitdə saxlanan bu nəsil şəcərə Əlyazmalar İnstitutunun baş mütəxəsisi, bərpaçı ZaurOrucov tərəfindən 2017-ci ilin iyul ayında yeyici viruslardan təmizlənib, dərmanlanıb və cırılmış yerləri bərpa edilərək quburda yerləşdirilib.

Xok Seyidlərinin Nəsil Şəcərəsinin orjinalı mömünə- seyyidə xanım- Züleyxa Mirmustafa qızı tərəfindən qorunur.

2017-ci il ildə M. Füzuli adına Əlyazmalar İnstitununbaş elmi işçisi Arif Ramazanovun, bərpaçı Zaur Orucovun və nəqqaş Elçinin birgə əməyi sayəsində bu nəsil şəcərəsinin daş kitabəsi hazırlanıb və həmin il Xok kənd qəbirstanlığında bu müqəddəs seyid ocağının layiqli övladı - Miryaqub Miryusifoğlunun məzarı üzərində yerləşdirilib.

Bu müqəddəs seyid ocağının layiqli övladı -  Miryaqub Miryusif oğlu haqqında növbəti günlərdə daha geniş məlumat verəcəyik.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü