Modern.az

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Təhsil

24 Yanvar 2018, 12:10

“Summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Hazırda layihə sənədi müzakirə mərhələsindədir”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur. 

5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir. 
Lisey , gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzə böyük summativlər keçirilə bilər. 10-11-ci təmayül siniflərdə təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin keçirilməsi təklif olunur. 

Hələlik bunlar təklif şəklində müzakirədədir. Təsdiq olunacağı halda 2018-2019-cu tədris ilində tətbiq ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var