Modern.az

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ

Ölkə

20 Fevral 2018, 16:16

Vəhdət  Partiyası Azərbaycan Xalq  Cümuriyyətinin (AXC) 100 illik yubileyi  münasibətilə Azərbaycan Hökumətinə ölkə vətəndaşlarının hər birinə 100 dollar  ekvivalentində pul bağışlamasını  təklif  edib.

 

Bu barədə Modern.az-a Vəhdət  Partiyasının mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, Vəhdət  Partiyası Azərbaycan Xalq Cümuriyyətinin 100 illik yubileyi  münasibətilə hökümətə Azərbaycanın strateji valyuta ehtiyatlarının ümum daxili məhsulu ötməsini, Norveç, Sinqapur və digər ölkələrdə anoloji müsbət təcrübəni  nəzərə alaraq, Azərbaycan  Respublikasının vətəndaşlarının hər birinə 100 dollar  ekvivalentində pul bağışlamasını təklif edir. 


Partiya hesab edir  ki, bu hal mövcud imkanlar daxilində olmaqla, xalqın  rifah  halına müsbət təsir edər və seçki ilində hökümətin etimadını artırar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır