27 may 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciəti: “Xocalı soyqırımını tanıyın!”
Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciəti: “Xocalı soyqırımını tanıyın!”
23.02.2018, 02:04

Fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalıda hər iki valideynini itirən gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova Srebrenitsa soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə görüşüb. Modern.az xəbər verir ki, görüş Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının boşnak dilinə tərcümə edilən “Böyüməyən uşaqlar”  kitabının təqdimatı zamanı baş tutub. “Böyüməyən uşaqlar”la bağlı layihənin məsləhətçisi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.
Tədbir Azərbaycanın  Bosniya- Herseqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib.

 

Görüş zamanı gənclər uşaq yaşlarında üzləşdikləri faciəni bir daha xatırlayıblar. Görüşün sonunda Xocalı və Srebrenitsa soyqırımının dəhşətlərini yaşayan və hər iki valideynini itirən gənclərin dünya ictimaiyyətinə birgə müraciəti qəbul edilib.

 

Xocalı və Srebrenitsa soyqırımı zamanı eyni faciəni yaşamış gənclərin muraciətində deyilir:

“Biz çox kiçik yaşlarımızda soyqırımına məruz qaldıq. Gözümüzün önündə atalarımız, analarımız, bacılarımız, qardaşlarımız, doğmalarımız, qocalar, uşaqlar – hər kəs işgəncələrlə öldürülüb. Uşaq yaddaşımıza həkk olunan bu dəhşətlər bir an da olsun yaddan çıxmır.

 

Soyqırımının üstündən illər keçsə də, biz özümüzü o dəhşətlərdən ayıra bilmirik. Həyatımız o andan asılı qalıb. O gün, soyqırımı zamanı bizim uşaqlığımız güllələndi. Biz o gündən bu yana yaşaya bilmədik. Biz o gündən bu yana böyüyə bilmədik.

 

Amma bu dünyada xoş gün görmək, ana qucağı, ata qayğısı ilə əhatə olunmaq bizim də haqqımız idi.

 

Biz bəşəriyyətə, insanlığa qarşı törədilən soyqırımı hadisələrini lənətləyirik. Biz bu müharibələri lənətləyirik.

 

Biz həm Srebrenitsa soyqırımını, həm Xocalı soyqırımını törədənləri lənətləyirik. Onlar bəşəriyyətə, inşanlığa qarşı tərətdikləri soyqırımı cinayətlərinin cəzasını mütləq çəkməlidirlər.

 

1992-ci ilin fevralında Xocalıda, 1995-ci ilin iyulunda isə Srebrenitsada qətlə yetirilən soyqırımı qurbanlarının bu dünyada yaşamaq haqqı var idi.

 

Bütün dünya ölkələrini bu soyqırımı aktlarını tanımağa çağırırıq.

 

Bu gün dünya bu soyqırımıları tanınmasa, sabah yeni soyqırımı dəhşətləri yaşanacaq.

 

Sabah yenə uşaqlar valideynlərsiz qalacaq.

 

Bütün dünyanı səsimizə səs verməyə, aparılan müharibələri dayandırmağa çağırırıq”.

 

 

 

 

 

 

 

Qeyd edək ki, indiyədək türk, ingilis, alman, ukrayna, rus  dillərinə tərcümə edilən “Böyüməyən uşaqlar”  kitabı  boşnak dilində də 1000 nüsxə tirajla çap edilib. “Böyüməyən uşaqlar”  kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunub.

 


Xatırladaq ki, bu il “Xocalıya Ədalət” kampaniyasının 10 ili tamam olur.  Kampaniya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
AXC-100-ə  həsr olunan qiraət müsabiqəsinin finalı keçirilib
27.05.2018, 21:31

AXC-100-ə  həsr olunan qiraət müsabiqəsinin finalı keçirilib

Rəsmi Pekin ABŞ-ı suverenliyini pozmaqda günahlandırıb
27.05.2018, 21:14

Rəsmi Pekin ABŞ-ı suverenliyini pozmaqda günahlandırıb

Hindistanda  bu virusdan ölənlərin sayı 14 nəfərə çatıb
27.05.2018, 20:54

Hindistanda  bu virusdan ölənlərin sayı 14 nəfərə çatıb

Ramazanın 12-ci gününün – DUASI VƏ TƏQVİMİ
27.05.2018, 20:40

Ramazanın 12-ci gününün – DUASI VƏ TƏQVİMİ

Saqqız çeynəmək arıqlamağa kömək edir
27.05.2018, 20:28

Saqqız çeynəmək arıqlamağa kömək edir

Polad Bülbüloğlu Bakının Moskvadan əsas gözləntisini açıqladı
27.05.2018, 20:12

Polad Bülbüloğlu Bakının Moskvadan əsas gözləntisini açıqladı

Rikkardo Monako Qran-prisinin qalibi olub
27.05.2018, 20:06

Rikkardo Monako Qran-prisinin qalibi olub

Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib
27.05.2018, 18:37

Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib

Ronaldu “Real”dan gedir?
27.05.2018, 17:52

Ronaldu “Real”dan gedir?

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27.05.2018, 17:13

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
27.05.2018, 17:02

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı

Biləsuvarda 16 yaşlı qız intihar etdi
27.05.2018, 16:20

Biləsuvarda 16 yaşlı qız intihar etdi

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA
27.05.2018, 16:11

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27.05.2018, 16:05

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27.05.2018, 15:57

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü

Fransalı nazir UFAZ-da oldu
27.05.2018, 15:54

Fransalı nazir UFAZ-da oldu

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27.05.2018, 15:35

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27.05.2018, 15:24

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…

Makron Azərbaycana gələcək
27.05.2018, 15:18

Makron Azərbaycana gələcək

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27.05.2018, 15:08

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ
27.05.2018, 15:06

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27.05.2018, 15:01

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA
27.05.2018, 14:41

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA

Çində 6 minə yaxın məmur cəzalandırıldı
27.05.2018, 14:04

Çində 6 minə yaxın məmur cəzalandırıldı

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM
27.05.2018, 13:48

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI   
27.05.2018, 13:43

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI  

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  
27.05.2018, 13:32

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı
27.05.2018, 13:11

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
27.05.2018, 12:47

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…   
27.05.2018, 12:44

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…  

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO
27.05.2018, 12:22

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO

Qurban Məmmədov mühacirətə getdi
27.05.2018, 12:00

Qurban Məmmədov mühacirətə getdi

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb
27.05.2018, 11:16

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb

Fransanın xarici işlər naziri Bakıya gəlib
27.05.2018, 11:14

Fransanın xarici işlər naziri Bakıya gəlib

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti
27.05.2018, 10:40

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (22.1%)
Meral Akşener (12.6%)
Rəcəb Tayyip Ərdoğan (57.8%)
Selahattin Demirtaş (1.57%)
Temel Karamollaoğlu (0.52%)
Doğu Perinçek (5.26%)