21 sentyabr 2018, Cümə
Ana Səhifə - İQTİSADİYYAT - Xalis kərə yağı necə olmalıdır? 
Xalis kərə yağı necə olmalıdır? 
14.03.2018, 15:46

Hər kəsin görə biləcəyi bir neçə əlamət
 

Sapsarı, yupyumşaq, ətirli… 

Sizcə, əsl kərə yağı belə olmalıdır? Müxtəlif bitki yağlarının qarışığından ibarət yağları «Kərə yağı” adı ilə satanların toruna düşməyin. Çünki kərə yağı tək dadı ilə yox, həm də faydaları ilə gündəlik qidamızın ayrılmaz hissəsidir. «Kərə yağı” kimi alıcılara satılan marqarin və spredlərin isə nəinki faydalı xüsusiyyətləri yoxdur, hətta orqanizmin metabolizmini pozmaqdan başlayaraq, bir sıra ağır xəstəliklərə qədər səbəb olur. 

O zaman əsl kərə yağını rəflərdəki onlarla yağ arasında necə fərqləndirmək olar? Bu göstərici və xüsusiyyətlərdən bəzilərini məhsulu almamış da görmək mümkündür, bəzilərini isə evdə yoxlaya bilərsiniz. Bu da sizə gələn dəfəki alışlarınız üçün etibarlı markanızı seçməyə əsas verər.

Əvvəlcə, vitrindəki qiymətlərə baxın…

1 kq xalis kərə yağının alınması üçün 20 kiloqramdan artıq süd sərf olunur. Bu qədər xammal istifadə edilən yağın aşağı qiymətə satılması sizdə şübhə doğurmalıdır. Məsələn, 10 ildən çox müddətdir ki, kərə yağı istehsal edən “Səba” şirkəti 27 litr süddən 1 kq yağ aldığını deyir. Bunun müqabilində çəki ilə olan (5 kq-lıq qablaşdırma) “Səba” kərə yağının 1 kiloqramının qiyməti 13 manat ətrafındadır.


Sonra qutunun üstündə yazılanları oxuyun… 


Kərə yağı təbii süddən alındığı üçün ilk növbədə onun saxlama müddətinə diqqət edin. Təbii süd məhsulları tez xarab olduğundan (pasterizə edilmiş inək südünün saxlama müddəti 3 gündür), diğər süd məhsulları kimi, yağın da saxlama müddəti az olmalıdır. Məsələn, “Səba» Azərbaycanda kərə yağına ən qısa saxlama müddəti verən yeganə şirkətdir. «Səba” kərə yağının saxlama müddəti -18 dərəcə temperaturda 3 aydır. Bu da onu göstərir ki, şirkət istehsal etdiyi yağa heç bir konservant qatmayaraq, onun tərkibindəki bakteriyaları sənaye üsulu ilə öldürməyib və kərə yağının bütün faydalılığını qoruyub saxlayıb. Məhsula verilən saxlama müddəti uzandıqca, tərkibindəki konservantların da artdığına əmin olun!

Təbii ki, yağlılığa diqqət edin…

Xalis kərə yağının tərkibindəki yağın həcmi 82%-dən az olmamalıdır. Almaniyanın Meggle, Finlandiyanın Valio kimi məşhur markalarının yağları 82% yağlılıqdadır. Yerli “Səba» brendi kərə yağında 82,5% yağlılıq olduğuna zəmanət verir. Qeyd edək ki, kənd nehrə yağındakı aşağı yağlılıq faizi məhsulun tərkibində ayranın bol olmasının göstəricisidir. Məhz buna görə də ənənəvi nehrə yağı kərə yağından daha tez xarab olur.

Bu sarı nəyin sarısıdır?

Xalis kərə yağının marketdə görə biləcəyiniz xüsusiyyətlərindən biri də onun rəngidir. Parlaq sarı rəng göz aldatmaq üçün vurulan boyadan xəbər verir. Kərə yağının rəngi açıq olur. Azacıq sarımtıllıq (çox cüzi) yaşıl otun inək südünə verdiyi çalardan ola bilər. Bu da yalnız isti fəsillərdə mümkündür. Unutmayın ki, yağın rəngi mütləq bərabər olmalıdır. Zolaqlar, dəyişən rənglər kərə yağına xas deyil!  

Deyək ki, yağ alıb, evə gətirdiniz…

Xalis kərə yağı öz formasını saxlayır və bərk olur. O, nə büküldüyü kağıza (qablaşdırmaya), nə də bıçağa yapışır. Xalis kərə yağı tez yumşalmır. Marqarinin (spredin) tərkibindəki bitki yağları isə istiyə çıxan kimi yumşalır. Kərə yağı topaclanmır və çörəyin üzərinə bircinsli qat kimi çəkilir.


Və atdınız qızdırılmış tavaya…


İsti tavaya atılmış kərə yağı yavaş-yavaş əriyir. Spred isə istinin təsirindən dərhal yumşalıb axır. Əritdikdə də kərə yağı özünü dərhal göstərir: əvvəl südə çevrilir, sonra isə tortası dibinə çökür və rəngi şəffaflaşır. 

Bunu da unutmayın!

Kərə yağı qoxusuzdur. 

Xalis kərə yağının faydaları kimi, digər yağlarla fərqlərini də xeyli sadalamaq olar. Əsas odur ki, ailənizə sağlam və faydalı məhsulu seçə biləsiniz.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mərkəzi Bank dolların məzənnəsi barədə
21.09.2018, 19:14

Mərkəzi Bank dolların məzənnəsi barədə

Rihanna Barbadosun səfiri oldu
21.09.2018, 19:04

Rihanna Barbadosun səfiri oldu

Türkiyə prezidenti ABŞ-a gedir
21.09.2018, 18:53

Türkiyə prezidenti ABŞ-a gedir

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21.09.2018, 18:42

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
21.09.2018, 18:33

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb
21.09.2018, 18:22

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib
21.09.2018, 18:13

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO
21.09.2018, 18:01

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı   
21.09.2018, 17:53

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı  

Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub
21.09.2018, 17:45

Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB
21.09.2018, 17:33

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB

Prezident: “Bunun axırı onlar üçün çox pis olacaq”   
21.09.2018, 17:30

Prezident: “Bunun axırı onlar üçün çox pis olacaq”   

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21.09.2018, 17:23

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Qanunsuz ov edən saxlanıldı 
21.09.2018, 17:20

Qanunsuz ov edən saxlanıldı 

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU 
21.09.2018, 17:18

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU 

Əbülfəs Qarayev Rusiyanın mədəniyyət nazirinin müavini ilə görüşüb
21.09.2018, 17:13

Əbülfəs Qarayev Rusiyanın mədəniyyət nazirinin müavini ilə görüşüb

Kamal Abdulladan YENİLİK: I kurs tələbələrinin aldıqları kitabların pulunu ADU verəcək
21.09.2018, 17:12

Kamal Abdulladan YENİLİK: I kurs tələbələrinin aldıqları kitabların pulunu ADU verəcək

“Yolu çəkən də bizik, yola xidmət göstərən də” - MÜSAHİBƏ    
21.09.2018, 16:50

“Yolu çəkən də bizik, yola xidmət göstərən də” - MÜSAHİBƏ  

Xaçmazda taxta sexinin icarədarı cərimələndi
21.09.2018, 16:42

Xaçmazda taxta sexinin icarədarı cərimələndi

“Nar”-dan tələbələrə ŞAD XƏBƏR 
21.09.2018, 16:27

“Nar”-dan tələbələrə ŞAD XƏBƏR 

“Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni filmlər çəkir
21.09.2018, 16:24

“Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni filmlər çəkir

Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı - FOTO
21.09.2018, 16:22

Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı - FOTO

Binəli Yıldırım Bakıda hədik payladı - VİDEO
21.09.2018, 16:18

Binəli Yıldırım Bakıda hədik payladı - VİDEO

Qanuna əməl etməyən şadlıq saraylarına XƏBƏRDARLIQ
21.09.2018, 15:53

Qanuna əməl etməyən şadlıq saraylarına XƏBƏRDARLIQ

AQTA maarifləndirir - İctimai iaşə obyektlərində sanitar normalar necə olmalıdır?
21.09.2018, 15:50

AQTA maarifləndirir - İctimai iaşə obyektlərində sanitar normalar necə olmalıdır?

Tullantılara görə bu şirkətlər cərimələndi
21.09.2018, 15:46

Tullantılara görə bu şirkətlər cərimələndi

Messi həftənin ən yaxşı oyunçusu seçildi
21.09.2018, 15:44

Messi həftənin ən yaxşı oyunçusu seçildi

517 milyon manat sığorta toplanıb
21.09.2018, 15:41

517 milyon manat sığorta toplanıb

Bakıda qadınlara qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı
21.09.2018, 15:40

Bakıda qadınlara qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı

Neftçilər Xəstəxanasında işdən çıxan baş direktoru kim əvəz edir? - AÇIQLAMA  
21.09.2018, 15:37

Neftçilər Xəstəxanasında işdən çıxan baş direktoru kim əvəz edir? - AÇIQLAMA  

Bütün ermənilər orada idi
21.09.2018, 15:33

Bütün ermənilər orada idi

“Cümhuriyyət parlamentinin 100 illiyində iştirak etmək möhtəşəm və qürurlu idi” - DEPUTATLAR
21.09.2018, 15:30

“Cümhuriyyət parlamentinin 100 illiyində iştirak etmək möhtəşəm və qürurlu idi” - DEPUTATLAR

Bakıda tozlu havanın səbəbləri - nazirlik tikinti şirkətlərini də SUÇLADI
21.09.2018, 15:25

Bakıda tozlu havanın səbəbləri - nazirlik tikinti şirkətlərini də SUÇLADI

Neftçilәr Xәstәxanasının baş direktoru İSTEFA VERDİ
21.09.2018, 15:21

Neftçilәr Xәstәxanasının baş direktoru İSTEFA VERDİ

Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR 
21.09.2018, 15:10

Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR 

ARXİV