Modern.az

Prezidentliyə namizədlər İTV-də ilk debata çıxdılar - VİDEO

Prezidentliyə namizədlər İTV-də ilk debata çıxdılar - VİDEO

19 Mart 2018, 23:46
Azərbaycanda 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin İctimai Televiziyada ilk ödənişsiz debatı keçirilib.
 
Modern.az xəbər verir ki, namizədlər müəyyən edilmiş ardıcıllıqla çıxış ediblər.

Dəyirmi masada prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov iştirak edib.

Qeyd edək ki, prezidentliyə namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkətində həftədə 6 saat vaxt ayrılacaq. 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq.

Dəyirmi masa həftənin 1, 2 və 3-cü günləri keçiriləcək. İctimai Radioda prezidentliyə namizədlərin dəyirmi masası isə həftənin 1, 2 və 3 günləri saat 19:00-da olacaq.
Çıxış üçün hər namizədə 7 dəqiqə 30 saniyə vaxt ayırılacaq.


Modern.az ilk debatın videosunu təqdim edir:
Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...