Modern.az

Rus şirkətləri Azərbaycana qida avadanlıqları və qablaşdırmaları tədarük edəcəklər

Rus şirkətləri Azərbaycana qida avadanlıqları və qablaşdırmaları tədarük edəcəklər

27 Mart 2018, 00:02

Rusiyanın qida avadanlıqları və qablaşdırmaları istehsalçıları Azərbaycana məhsul tədarükü haqqında ilkin sazişlər imzalayıblar.

Trend-in məlumatına görə, müvafiq razılaşmalar Kölndə "Anuga FoodTec - 2018" sərgisində əldə olunub.

Sərgidə Rusiya ekspozisiyasının operatoru olan "Rosspeçmaş" Assosiasiyası analoji sazişlərin Slovakiya və Pakistan şirkətləri ilə də imzalandığını bildirir. Həmçinin Rusiyanın qida sənayesinin məhsulları ilə Kuba, Vyetnam, Braziliya, Norveç və Avstraliya şirkətləri maraqlanır.

Sərgidə "Amata Scale", "Tauras-Feniks", "Klass-İnjinirinq", "Tayfun innovasiya", eləcə də "İMPRESS ART" və "Prom-Upak" ərzaq qablaşdırması şirkətlərinin qida avadanlıqları təqdim olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü