19 aprel 2018, Cümə axşamı
Ana Səhifə - CƏMİYYƏT - İşəgötürən o süpürgəçini sığortalamışdımı...
İşəgötürən o süpürgəçini sığortalamışdımı...
29.03.2018, 13:29

Sabunçu rayonunun Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomobil süpürgəçi qadın Cəmilə Salahovanı vurub. Hadisə qurbanının ölümünü əks etdirən fotoşəkil  sosial şəbəkərlərdə ciddi müzakirələrə səbəb olub.

Müzakirələr yolun təhlükəli hissələrində təmizlik işi aparanların təhükəsizliyinin qorunmaması barədəddir. Qeyd edilir ki, sürət həddi yüksək olan yollarda xidmət göstərən şəxslərin həyatı ciddi təhlükə altındadır.


Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az
saytına deyib ki, hər bir şəxs təhlükəsizliyini ilk növbədə özü təmin etməli və yolun hərəkət hissəsində  xidmət apararkən diqqətli olmalıdır:


“Bəzən alatoran vaxtları – səhər tezdən yolu təmizləyən şəxslər iş prosesinə o qədər aludə olurlar ki, xüsusi geyimlərinin olmasına baxmayaraq yolun hərəkət hissəsinə çox çıxırlar və heç bir qoruyucu elementləri də olmur. Təbii ki, burada qayda  pozuntularına yol verən sürücülərin də təqsirini etiraf etməliyik. Sürücü də bu məsələlərdə kifayət qədər ehtiyatlı olmalıdır. Bəzən görürsünüz ki, sürücülər sağ tərəfdən ötmə əməliyyatı aparırlar ya da qəfildən yolun sağ hissəsinə çıxırlar. Yolun kənarında insan ola biləcəyini düşünmürlər və nəticə olaraq qəzalara səbəb olurlar. Belə halların qarşısının alınması məqsədilə biz də müəyyən tədbirlər görürük. O cümlədən yol kənarında işləyən insanlar üçün xüsusi yanıb-sönən kəmərli jiletlər almışıq və artıq onu paylamışıq. Daha çox sürətli yollarda çalışanlar bu jiletlərlə təmin edilib. Kəmərlər yanıb-söndüyünə görə kənardan sürücünün diqqətini cəlb edəcək və bu növ qəzaların qarşısı alınacaq”.

K.Əliyev qeyd edib ki,  təsərrüfat sahəsində işləyən şəxslərin rəhbərləri də öz tabeliyində olan işçilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı mütəmadi gündəlik təlimlər keçməlidirlər:

“Məsələn, Bakı-Sumqayıt yolunda, Nobel prospektində, Heydər Əliyev prospektində digər küçələrə nisbətən daha çox sürətlilik müşahidə edilir və həmin yolda çalışan işçilər daha diqqətli olmalıdırlar. Zibili yığışdırmaq üçün istənilən formada yolun hərəkət hissəsinə çıxmaq düzgün deyil.

Ümumiyyətlə isə təmizlik işlərinə baxan şəxslərin avtomil qəzalarına səbəb olması respublika ərazisində  ildə bir və ya iki dəfə baş verir”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib ki, bütün  iş yerlərində, o cümlədən kommunal sferada işçilərin əməyinin mühafizəsi işəgötürən tərəfindən təmin olunmalıdır:


“Yol kənarlarında təmizlik işləri görən işçilərlə bağlı  xüsusi geyim forması olmalıdır ki, günün qaranlıq saatlarında avtomobilin işığı qarşısında görünsün.  Həmin şəxslərə ehtiyatlı hərəkət etmələri üçün vaxtaşırı, cari və başqa  təlimatlar verilməlidir. Və maksimum çalışılmalıdır ki, həmin şəxslər istehsalatda bədbəxt hadisələrin qurbanı olmasınlar. Eyni zamanda, 2011-ci ildə qüvvəyə minmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna görə işçilər  sığortalanmalıdır. Günün hansı saatlarında işləməsindən asılı olmayaraq  onlar texniki təhlükəsizlik qaydalarını bilməli və əməl etməlidirlər. Buna görə də cavabdehlik işəgötürənin üzərinə düşür. İstehsalatda baş verən hadisəyə görə  işə götürülən şəxsin aşkar günahı varsa belə, buna görə də işəgötürən məsuliyyət daşıyır. Çünki o işçiyə nəzarət etməlidir, qaydaları pozduğuna görə onu cəzalandıra və ya işdən kənarlaşdıra bilər”.

S.Məmmədov qeyd edib ki, kommunal sferada əmək qabiliyyəti olan insanın işləməsinə hər hansı məhdudiyyət yoxdur:

“Digər tərəfdən, belə bir tendensiya da var: əksəriyyət düşünür ki, bu cür işlərdə insan qüvvəsindən yox, texnikadan istifadə olunmalıdır. Bilirsiniz,  əmək qabiliyyətli  əhalinin sayı çoxdur, buna  iş yerləri  də çatdırmaq olmur. Tutaq ki, bir maşınla yolun kənarının təmizlənməsi 100 manata başa gəlir. Həmin yeri 5 nəfər işçi təmizləyəndə də eyni qiymətə başa gəlirsə və nəticə olaraq keyfiyyət eynidirsə, o zaman işçi qüvvəsi təmin etmək daha yaxşıdır. Əks halda, işsizlik və ehtiyac  da artacaq. Məsələyə bu prizmadan da yanaşmaq lazımdır”.

 


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistanda polis xalq tərəfə keçir
19.04.2018, 18:57

Ermənistanda polis xalq tərəfə keçir

19.04.2018, 18:47

"Xalqımız son 15  ildə görülən işlərə öz yüksək qiymətini verdi"

Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib
19.04.2018, 18:44

Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır
19.04.2018, 18:39

XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO
19.04.2018, 18:32

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO

Sumqayıtda mənzildən qadın meyiti tapılıb
19.04.2018, 18:18

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Kubada Kastro erası başa çatdı
19.04.2018, 18:07

Kubada Kastro erası başa çatdı

Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı
19.04.2018, 17:53

Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü
19.04.2018, 17:49

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü

Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb
19.04.2018, 17:34

Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb

Azərbaycanda 66 tibb işçisi məsuliyyətə cəlb edilib
19.04.2018, 17:31

Azərbaycanda 66 tibb işçisi məsuliyyətə cəlb edilib

Erməni əsilli milyarder həbs olundu
19.04.2018, 17:27

Erməni əsilli milyarder həbs olundu

Gürcüstan Prezidentindən İlham Əliyevə TƏBRİK
19.04.2018, 17:12

Gürcüstan Prezidentindən İlham Əliyevə TƏBRİK

Manatın sabahkı MƏZƏNNƏSİ
19.04.2018, 17:08

Manatın sabahkı MƏZƏNNƏSİ

Çində kriptovalyuta fırıldaqçıları saxlanıldı
19.04.2018, 17:06

Çində kriptovalyuta fırıldaqçıları saxlanıldı

İraq aviasiyası Suriyanı bombaladı
19.04.2018, 16:52

İraq aviasiyası Suriyanı bombaladı

“Deputatların saatı xarab olanda mənə gətirirlər” - SAATSAZ HACI: “O, 40 min manatlıq saat taxır”
19.04.2018, 16:44

“Deputatların saatı xarab olanda mənə gətirirlər” - SAATSAZ HACI: “O, 40 min manatlıq saat taxır”

Oqtay Şirəliyev Narkoloji Mərkəzin direktorunu işdən çıxardı
19.04.2018, 16:37

Oqtay Şirəliyev Narkoloji Mərkəzin direktorunu işdən çıxardı

Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞDÜ
19.04.2018, 16:34

Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞDÜ

Nazirlik: Bakıda tozun miqdarı azaldı - YENİLƏNİB
19.04.2018, 16:31

Nazirlik: Bakıda tozun miqdarı azaldı - YENİLƏNİB

Vətəndaşların yol polisindən etdiyi şikayətlər - SİYAHI
19.04.2018, 16:30

Vətəndaşların yol polisindən etdiyi şikayətlər - SİYAHI

İlham Əliyev Rusiya və NATO generallarını qəbul etdi - YENİLƏNİB
19.04.2018, 16:30

İlham Əliyev Rusiya və NATO generallarını qəbul etdi - YENİLƏNİB

“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev
19.04.2018, 16:16

“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

Naftalan otellərinə beynəlxalq sertifikat verildi
19.04.2018, 16:06

Naftalan otellərinə beynəlxalq sertifikat verildi

Hər ayağınıza olan ayaqqabını almayın - Tanınmış modelyerdən vacib MƏSLƏHƏT   
19.04.2018, 16:01

Hər ayağınıza olan ayaqqabını almayın - Tanınmış modelyerdən vacib MƏSLƏHƏT  

Xaçmazda zona müşavirəsi keçirilib
19.04.2018, 15:46

Xaçmazda zona müşavirəsi keçirilib

Sarkisyan 3 naziri vəzifəsində saxladı
19.04.2018, 15:45

Sarkisyan 3 naziri vəzifəsində saxladı

Elmar Vəliyev şikayətləri dinlədi
19.04.2018, 15:40

Elmar Vəliyev şikayətləri dinlədi

“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır   
19.04.2018, 15:35

“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır  

Ermənistanda saxlanılanların sayı 100-ə çatıb
19.04.2018, 15:34

Ermənistanda saxlanılanların sayı 100-ə çatıb

Əfqanıstandakı sülhməramlılarımız Vətənə qayıtdılar
19.04.2018, 15:30

Əfqanıstandakı sülhməramlılarımız Vətənə qayıtdılar

Bazar günü rusdilli abituriyentlər qəbul imtahanı verəcəklər  
19.04.2018, 15:25

Bazar günü rusdilli abituriyentlər qəbul imtahanı verəcəklər  

ABŞ qorxulu iddianı TƏSDİQLƏDİ – Şübhələr DAĞILDI
19.04.2018, 15:17

ABŞ qorxulu iddianı TƏSDİQLƏDİ – Şübhələr DAĞILDI

Azərbaycanda 193.1 mln. manat sığorta haqqı toplanıb
19.04.2018, 15:17

Azərbaycanda 193.1 mln. manat sığorta haqqı toplanıb

İlham Əliyev ata Corc Buşa başsağlığı verib
19.04.2018, 15:08

İlham Əliyev ata Corc Buşa başsağlığı verib

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(13.3%)
İmtahan qiymətləri normalıdr(3.33%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70%)
İmtahan qiymətləri azaldılmalıdır(3.33%)
İmtahan qiymətləri artırılmalıdır(10%)