20 iyul 2018, Cümə
Ana Səhifə - CƏMİYYƏT - “Nə təhər yəni Allah yoxdur əəə...” - Dindar-ateist söyüşməsi güclənir
“Nə təhər yəni Allah yoxdur əəə...” - Dindar-ateist söyüşməsi güclənir
04.04.2018, 10:37

Son vaxtlar dindarlar və ateistlər arasındakı münasibətlər yenidən gərginləşib. Gərginləşmə sosial şəbəkələrdə söyüş və təhqirlərlə müşayiət olunur. Bir-birini qarşılıqlı ittiham edən dindar və ateistlər öz fikirlərini yeritmək üçün çarəni söyüş və təhqirlərdə görürlər.

Bunun səbəblərini aydınlaşdırmaq üçün hər iki kəsimin fikirlərini öyrənmək qərarına gəldik.

 

“Söyüş söyən, təhqir edən dindarlardır”

 

Azvision.az saytının baş redaktoru, sosial şəbəkələrdə kəskin ateist mövqeyilə tanınan Vüsal Məmmədov söyüş söyən tərəfin dindarlar olduğu qənaətindədir:

“Səmimi deyim ki, ateistlərin təhqir etdiyini görməmişəm, söyən, təhqir edən dindarlardır. Ateistlərin əl atdığı metod blasfemiyadır ki, bu, bütün dünyada təhqirdən fərqləndirilir. Səudiyyə Ərəbistanı, İran və və daha bir neçə klerikal dövləti çıxmaqla, blasfemiya dünyanın hər bir yerində normal sayılır və ona görə məsuliyyət nəzərdə tutulmur. Nədir blasfemiya? Təsəvvür edin ki, qarşımızda bir qapı var. Siz deyirsiniz ki, bu qapını açmaq olmaz, çünki açılsa, böyük fəlakətlər baş verə bilər. Siz buna əminsiniz və heç cür fikrinizi dəyişmək olmur. Bu halda ancaq bir yol qalır: Mənim o qapını açmağım! Çünki siz ayrı yol qoymadınız. Blasfemiyanın mahiyyəti budur: Siz nəyisə süni şəkildə toxunulmaz elan eləməyin ki, mən də ona toxunmaq zorunda qalmayım. Siz mənim ətrafımda dairə çəkməyin ki, mən onu keçməyə məcbur olmayım. Blasfemiyada günah süni normanı pozan tərəfdə deyil, onu yaradan tərəfdədir. Çünki bu norma quramadır, bütün cəmiyyətin razılığı ilə yaradılmayıb. Siz mənim fikrimi nəzərə almadan bir norma yaratmısınız və mənim ona əməl etməyimi istəyirsinizsə, onu pozduğuma görə, günahkar mən olmuram. Blasfemiya bax, budur və dediyim kimi, bütün sivil ölkələrdə normal qarşılanır”.

 


“Allah yoxdur deməkdən qorxmayın”

 


V.Məmmədov “Allah yoxdur deməkdən qorxmayın” fikirlərinə görə dindarlar tərəfindən təhqir və təzyiqlərə məruz qaldığını bildirir:


“Dindarlar sadəcə, söyürlər. Bildiyiniz elementar, küt, küçə adamına yaraşan söyüşlərlə qarşı tərəfi təhqir edirlər. Məsələn, mən bir verilişdə “Allah yoxdur deməkdən qorxmayın” fikrini işlətmişdim. Buna görə mənim özüm bir qırağa, ailə üzvlərimi də ağına-bozuna baxmadan, söydülər. Niyə? Axı mənim işlətdiyim fikirdə təhqiramiz heç nə yox idi. Hərçənd, bu sual ritorikdir, niyəsini mən əla bilirəm. Məsələ ondadır ki, orta statistik azərbaycanlı müsəlmanın məişətində Allah çox vacib bir amildir. O, hər işini Allahın boynuna qoyur və özü heç bir məsuliyyəti çiyninə götürmək istəmir. Nəsə alınmayanda da deyir ki, “Allah belə məsləhət bildi”. Ona övladı Allah verməlidir, sonra Allah saxlamalıdır, evinin çörəyini Allah yetirməlidir, qazancını Allah artırmalıdır, vəzifəsini Allah böyütməlidir, xəstələnəndə şəfasını Allah verməlidir... Bir sözlə, hər işini Allah görməlidir. Hal bu qədər ciddi ikən, hansısa bir ateist ortaya çıxıb deyir ki, Allah yoxdur. Və müsəlmanın da təbii reaksiyası belə alınır: “Nə təhər yəni yoxdur əəə, əgər Allah yoxdursa, bəs mənim üçün bu qədər işi kim görəcək, ay səni belə-belə olasan!..”.

 

“Söyüş çarəsizliyin əlamətidir”

 


İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov
Modern.az-a deyir ki, özü və həmkarları sosial şəbəkələrdə küçə söyüşlərilə təhqir edilib:

“Bilirsiniz, hər bir insanın öz həqiqətləri və doğruları var. Hər kəs özünü haqlı zənn edir. Yanıldığını və ya başqa həqiqətlərin olduğunu qəbul etmək istəmir və öz doğrularını qəbul etdirmək üçün hər bir vasitəyə əl atır. Qarşılıqlı aqressivliyin meydana gəlmə səbəblərindən biri də bu tendensiyadır. Digər əsas səbəbisə cəmiyyətimizdə mövcud olan savadsızlığın, cəhalətin və bunlardan meydana gələn, insanların mədəniyyət və etika səviyyələrinin aşağı düşməsinin nəticəsidir. Təəssüflər olsun ki, dediyiniz məsələ geri qalmışlığın bir təzahürüdür və gedərək daha da çoxalır. Təhqir və söyüş çarəsizliyin və qarşılıqlı dözümsüzlüyün əlamətidir. Savadsızlığın, cəhalətin və mənəvi dəyərlərin məhv olduğu bir cəmiyyətdə yalnız insanlar bu şəkildə bir-birinə qarşı bu qədər aqressiv ola bilərlər. Bu məsələ sadəcə dindarlar və ateistlər arasında deyil, eyni zamanda həmin qrupların öz daxilində də baş verir.

Bir ilahiyyatçı kimi mənim və həmkarlarımın dəfələrlə, həm də çox üzülərək sosial şəbəkələrdə küçə söyüşləri ilə təhqir edildiyinin şahidi olmuşam. İstər dindar olsun, istər dinsiz, cəmiyyətdə mənəvi dəyərlərin gedərək azalması, hər bir cəmiyyətdə mövcud olan və o cəmiyyəti ayaqda tutan, toxunulmaz dəyərlər toplusu olan "müqəddəsatın" tapdanaraq yoxa çıxması ilə əlaqədardır bu problemlər. Qarşılıqlı anlayış, inanc və etiqad azadlığı, şəxsi azadlıqlara və həyat tərzinə hörmət olmayan, qeyri-tolerant və dözümsüz bir cəmiyyətdə bu cür neqativ hallar davam edəcək, daha da çoxalacaq.

Bu gün sosial şəbəkələrdə anonim adlarla bir-birini söyənlər, təhqir edənlər, sabah Allah göstərməsin, küçələrdə bir-birilə savaşacaqlar. Bir-birimizə qarşı tolerantlı davranmaq, bir-birimizin inanc dünyasına, dünyaya baxış tərzinə, həyat tərzinə hörmət göstərmək məcburiyyətindəyik və bu dəyərlər fonunda cəmiyyətimizi istiqamətləndirməliyik. Evdən, ailədən, bağçadan və məktəbdən başlayaraq tərbiyə edəcəyimiz gələcək nəsli bu düşüncə və ruhda böyüdərək sivil bir cəmiyyət olmalıyıq. Bunun problemin həllinin ən fundamental yollarından ən mühümü isə ali, sivil və mənəvi dəyərlərlə zənginləşdirilmiş, milli və mənəvi dəyərlər fonunda qarşılıqlı anlayış və tolerantlıq şüuruna sahib nəsillər yetişdirən təhsil sistemi olmalıdır”.


"İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az
-a deyib ki, sosial şəbəkələr müzakirələr aparmaq üçündür, söyüş söymək üçün yox:

“Təəssüf edirəm. Amma bütün hallarda belə münasibətlər hər iki tərəfin tərbiyəsizliyinin yüksək həddə olması deməkdir. Bizdə adətən deyirlər ki, dinlə başa sala bilməyəndə yumruqla döyüşməyə başlayırlar. İstər dindar olsun, istər ateist, əgər bunların kifayət qədər intellekti və məntiqi yoxdursa, çıxış yolu söyüş söyməkdir. Bunların başqa arqumentləri yoxdur. Arqumentsiz, ancaq söyüşlə öz fikrini yeritmək istəyən adamlar çox aciz adamlardırlar”.

 


Dinşünas-alim Nəriman Qasımoğlu
nun mövzu ilə bağlı cavabı qısa və konkret olub:

“Bütün bunların səbəbi mədəniyyət çatışmazlığıdır”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI
20.07.2018, 01:07

26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI

20.07.2018, 00:55

"Neftçi" Avroliqada mübarizəni dayandırdı - Yenilənib

Tramp Putinlə Vaşinqtonda görüşəcək
20.07.2018, 00:44

Tramp Putinlə Vaşinqtonda görüşəcək

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı
20.07.2018, 00:36

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı

ABŞ hərbi gəmisi belə partladıldı - VİDEO
20.07.2018, 00:22

ABŞ hərbi gəmisi belə partladıldı - VİDEO

İlham Əliyev “Airbus” şirkətinin vitse-prezidenti ilə görüşüb   
20.07.2018, 00:08

İlham Əliyev “Airbus” şirkətinin vitse-prezidenti ilə görüşüb  

Azərbaycan nefti cüzi ucuzlaşıb
19.07.2018, 23:50

Azərbaycan nefti cüzi ucuzlaşıb

“Qəbələ” də Avroliqa ilə vidalaşdı
19.07.2018, 23:37

“Qəbələ” də Avroliqa ilə vidalaşdı

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR
19.07.2018, 23:13

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR

“Keşlə”  Avroliqada mübarizəni dayandırdı
19.07.2018, 22:59

“Keşlə” Avroliqada mübarizəni dayandırdı

Dənizdə batan 3 nəfər xilas edilib
19.07.2018, 22:45

Dənizdə batan 3 nəfər xilas edilib

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır
19.07.2018, 22:33

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır

İranda terrorçu dəstə zərərsizləşdirildi
19.07.2018, 22:04

İranda terrorçu dəstə zərərsizləşdirildi

Bakıda Belçikanın müstəqillik günü qeyd edildi
19.07.2018, 21:53

Bakıda Belçikanın müstəqillik günü qeyd edildi

Vəkillər and içdi
19.07.2018, 21:39

Vəkillər and içdi

Meksikada 5,8 bal gücündə zəlzələ oldu
19.07.2018, 21:22

Meksikada 5,8 bal gücündə zəlzələ oldu

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu
19.07.2018, 21:13

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu

ABŞ-da silahlı insident
19.07.2018, 21:03

ABŞ-da silahlı insident

Azərbaycanın təklifləri qəbul edildi
19.07.2018, 20:51

Azərbaycanın təklifləri qəbul edildi

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı
19.07.2018, 20:29

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü
19.07.2018, 20:14

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü

Gürcüstan prezidenti Putinə cavab verib
19.07.2018, 20:03

Gürcüstan prezidenti Putinə cavab verib

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb
19.07.2018, 20:00

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"
19.07.2018, 19:49

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"

Sumqayıtda 25 yaşlı qız itkin düşüb
19.07.2018, 19:37

Sumqayıtda 25 yaşlı qız itkin düşüb

Dövlət Miqrasiya Xidməti hesabat verdi
19.07.2018, 19:30

Dövlət Miqrasiya Xidməti hesabat verdi

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb
19.07.2018, 19:15

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

İlham Əliyev Fransaya getdi
19.07.2018, 19:06

İlham Əliyev Fransaya getdi

İmişlinin baş həkim işdən azad olunub
19.07.2018, 19:00

İmişlinin baş həkim işdən azad olunub

Mövlud Çavuşoğlu Azərbaycana gəlir
19.07.2018, 18:52

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb
19.07.2018, 18:34

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  
19.07.2018, 18:27

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı
19.07.2018, 18:12

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI
19.07.2018, 18:07

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib
19.07.2018, 18:02

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

ARXİV