Modern.az

Təhsil Nazirliyinin sektor müdiri vəfat etdi  

Təhsil Nazirliyinin sektor müdiri vəfat etdi    

27 Aprel 2018, 09:45

Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru, dosent Sülhəddin Gözəlov vəfat edib.

Modern.az xəbər verir ki, Sülhəddin Gözəlov ağır xəstəlikdən əziyyət çəkirmiş.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov onu bu cür xarakterizə edib.

“Yaxşı insanları itirmək çox ağırdır. Belə insanlardan biri, səmimiyyəti, insanlığı, yüksək peşəkarlığı ilə örnək olan, təhsil sistemində özünəməxsus hörməti ilə hamının sevgisini qazanmışdı”.

S.Gözəlov Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində işləyirdi;

Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü