Modern.az

Zığ-Hövsan-Hava Limanı avtomobil yolu bağlanıb

Zığ-Hövsan-Hava Limanı avtomobil yolu bağlanıb

Ölkə

1 Dekabr 2009, 13:24

Paytaxtın Zığ-Hövsan-Hava Limanı avtomobil yolu iki gündür bağlanıb. Modern.az-ın məlumatına görə, bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri hazırda digər yollardan istifadə etməli olurlar. Əməkdaşımız Zığ-Hövsan-Hava Limanı avtomobil yolunun bağlanma səbəbini dəqiqləşdirmək üçün öncə Nəqliyyat Nazirliyi, sonra bu qurumun Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb. Lakin hər iki təşkilatın ictimaiyyətlə əlaqələrə məsul şəxslərini yerində tapmaq mümkün olmadığından sualımıza aydınlıq gətirilməyib. Qeyd edək ki, Azərbaycanda ilk dəfə çəkilən dəmir-beton konstruksiyalı Zığ-Hövsan-Hava Limanı avtomobil yolunun tikintisinə 2007-ci il noyabrın 10-da başlanılan yolun sifarişçisi Nəqliyyat Nazirliyi, icraçısı «Akkord» Şirkətlər Qrupu olub. Yolun inşasında yerli mütəxəssislərlə yanaşı, Almaniyadan olan mütəxəssis qrupu da iştirak edib. Yol 6 hərəkət zolaqlıdır. Yolun ümumi eni 29,5 metr, hərəkət zolaqlarının hər birinin eni 3,75 metrdir. Beynəlxalq Hava Limanından paytaxta alternativ olan bu yolun üst qatında betonun qalınlığı 26 santimetrdir. Beynəlxalq təcrübədə bu cür yolların digər yollarla kəsişməsi nəzərdə tutulmayıb, elə bu məqsədlə yol kəsişmələrində hərəkətin nizamlanması üçün 5 avtomobil keçid inşa edilib. Keçidlər həmin ərazinin ətrafında olan yaşayış massivlərini arasında hərəkəti tənzimləyir. Körpülər isə yolun təhkim zolağından keçən dəmir yol xətlərinin üzərində inşa edilib. Zığ-Hövsan-Hava Limanı avtomobil yolu 2008-ci il mayın 9-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü