Modern.az

Jurnalistlər binasının işıqfor problemi həll olunur

Jurnalistlər binasının işıqfor problemi həll olunur

Media

28 May 2018, 14:44

Mətbuat işçilərinin Bibiheybətdə - Yeni Salyan yolu 22 ünvanında  tikilmiş yaşayış binaları yol probleminə görə təhlükəli zona hesab olunur. Binaların yanından keçən magistral yolda qarşı tərəfdəki dayanacağa getmək üçün sakinlər ya sürətlə qaçmalı və ya maşınların azaldığı vaxtı gözləməlidirlər. Problemin dəfələrlə işıqlandırılmasından sonra müvafiq qurumlar əraziyə baxış keçiriblər.

 

Bu barədə bina sakini, “Avtosfer.az”ın redaktoru Elməddin Muradlı  Modern.az-a bildirib ki, artıq problem həll olunub: 

“Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlet Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalov sənədə imza atıb”. 

E.Muradlının sözlərinə görə növbəti həftə ərzində jurnalistlərin binasının qarşısına yeni svetafor və piyada keçidi qoyulacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü