Modern.az

Nazirlər Kabinetində islahatlar davam etdirilir – RƏSMİ

Nazirlər Kabinetində islahatlar davam etdirilir – RƏSMİ

Ölkə

21 İyun 2018, 12:09

“Cənab prezident İlham Əliyevin 2017-ci ilin oktyabrın 10-da imzaladığı Fərmanla Nazirlər Kabinetinin iş qaydası təsdiq edilib. Həmin Fərmanla Nazirlər Kabinetinin strukturu yeniləndi, şöbələr birləşdirildi, yeni iş qaydaları müəyyənləşdirildi.  Bu islahatlar prosesinin nəticəsi kimi hazırda da  işlər davam etdirilir”.

 

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib.

 

Qurum rəsmisi bildirib ki, Nazirlər Kabineti ölkə iqtisadiyyatının inkişafı üçün qarşısına qoyulan bütün vəzifələrin yerinə yetirilməsi istiqamətində var qüvvəsi ilə çalışır.

 

“Bundan sonra da cənab prezidentin tapşırıqlarının icrası üçün bütün qüvvələri səfərbər edir və edəcək. Nazirlər Kabinetinin dövrə uyğun daha da təkmilləşdirilməsi istiqamətində islahatlar  davam etdirilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü