20 iyul 2018, Cümə
Ana Səhifə - İQTİSADİYYAT - İlham Əliyev enerji qəzasına görə günakarların cəzalandırılmasını İSTƏDİ - YENİLƏNİB
İlham Əliyev enerji qəzasına görə günakarların cəzalandırılmasını İSTƏDİ - YENİLƏNİB
04.07.2018, 23:43

İyulun 4-də Azərbaycan  Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Modern.az xəbər verir ki, müşavirədə çıxış edən ölkə başçısı sərt danışıb, günahkarların cəzalandırılmasını tələb edib:


İlham Əliyev müşavirədəki giriş nitqində deyib:


"Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdır. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Səhər mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.

Dünən axşam saatlarında enerjinin verilməsi yenidən kəsildi. Yenə də görülmüş tədbirlər nəticəsində qısa müddət ərzində enerjinin verilməsi bərpa edildi. Qeyd etməliyəm ki, mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, bütün dövlət orqanlarının nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, biz bu vəziyyətdən şərəflə çıxa bilək. Deyə bilərəm ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza demək olar ki, aradan qaldırıldı. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verildi, heç bir ağır hadisə baş verməmişdir.

Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Vətəndaşlar metrodan təxliyə edildi. Liftlərdə qalmış vətəndaşlar təxliyə olundu. Xilasedicilər çox uğurla fəaliyyət göstərdilər.

Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər.

Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur.

Nəqliyyat məsələləri tənzimləndi. Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, hesab edirəm ki, bütün dövlət qurumları bu ağır vəziyyətdə çox çevik fəaliyyət, böyük peşəkarlıq göstərmişlər və biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik.

Ancaq iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır. Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı, qeyd etdiyim kimi, son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır. Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək".


Müşavirədə qəza ilə bağlı yaradılan Dövlət Komissiyası üzvlərinin çıxışı bitəndən sonra Prezident İlham Əliyev yekun nitqi söyləyib:


"Beləliklə, Komissiyanın növbəti iclaslarında bütün bu məsələlər geniş müzakirə olunmalıdır. Bir daha demək istəyirəm ki, qəzanın səbəbləri araşdırılmalıdır. İndi ilkin məlumat var, amma gərək daha geniş məlumat əldə edilsin. Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır. Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır.

Fürsətdən istifadə edərək, bu vəziyyətdə bizə kömək göstərən Rusiya və Gürcüstan tərəfinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar belə bir vəziyyətdə bizə kömək göstərdilər. Bildiyiniz kimi, Azərbaycan bu ölkələrlə sıx əlaqələr saxlayır, bizim dostluq əlaqələrimiz var və hər hansı bir qəza baş verdikdə biz də kömək göstəririk, onlar da kömək göstərirlər. Bu, hesab edirəm ki, çox önəmli amildir və bir daha öz təşəkkürümü bildirmək istəyirəm.

Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz.

O ki qaldı metropolitenə, ümumiyyətlə, bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər.

Hesab edirəm ki, komissiya öz işini tezliklə yekunlaşdıracaq və təkliflər hazırlayıb mənə təqdim edəcək".


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azercell sosial mediada da liderdir!
20.07.2018, 13:02

Azercell sosial mediada da liderdir!

Elmi ad almış deputatlar - Kim hansı sahənin alimidir? - SİYAHI   
20.07.2018, 13:01

Elmi ad almış deputatlar - Kim hansı sahənin alimidir? - SİYAHI  

Sabah hava necə olacaq? - PROQNOZ   
20.07.2018, 12:41

Sabah hava necə olacaq? - PROQNOZ  

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə GÖRÜŞDÜ
20.07.2018, 12:36

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə GÖRÜŞDÜ

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB
20.07.2018, 12:22

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ   
20.07.2018, 12:21

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ  

Əbülfəs Qarayev Qazaxda şikayətləri dinlədi
20.07.2018, 12:15

Əbülfəs Qarayev Qazaxda şikayətləri dinlədi

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”
20.07.2018, 12:02

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”

Həyətlərdə çətənə kolları aşkarlandı
20.07.2018, 11:49

Həyətlərdə çətənə kolları aşkarlandı

Azərbaycanda sarılıq təhlükəsi - 365 mindən çox heyvan peyvənd olundu
20.07.2018, 11:35

Azərbaycanda sarılıq təhlükəsi - 365 mindən çox heyvan peyvənd olundu

Bakıda daha bir piyada ölümü
20.07.2018, 11:22

Bakıda daha bir piyada ölümü

ABŞ-da gəmi faciəsi: 11 ölü
20.07.2018, 11:18

ABŞ-da gəmi faciəsi: 11 ölü

“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək
20.07.2018, 11:15

“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək

“Səba” istehlakçılara müraciət etdi - XƏBƏRDARLIQ
20.07.2018, 11:14

“Səba” istehlakçılara müraciət etdi - XƏBƏRDARLIQ

AZAL narazı sərnişinlərə cavab verdi
20.07.2018, 11:02

AZAL narazı sərnişinlərə cavab verdi

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır
20.07.2018, 10:59

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi   
20.07.2018, 10:58

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi  

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı
20.07.2018, 10:55

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı
20.07.2018, 10:52

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

Nazir arxeoloji qazıntılarla tanış oldu
20.07.2018, 10:47

Nazir arxeoloji qazıntılarla tanış oldu

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ
20.07.2018, 10:44

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır
20.07.2018, 10:41

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır

Tramp Putini HƏDƏLƏDİ: “Ən qatı düşməni olacam”   
20.07.2018, 10:36

Tramp Putini HƏDƏLƏDİ: Ən qatı düşməni olacam”  

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ   
20.07.2018, 10:29

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ  

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı
20.07.2018, 10:28

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı
20.07.2018, 10:25

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi
20.07.2018, 10:16

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi

Salyanda ağır qəza: 5 yaralı
20.07.2018, 10:00

Salyanda ağır qəza: 5 yaralı

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı   
20.07.2018, 09:47

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı  

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər   
20.07.2018, 09:43

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər  

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...
20.07.2018, 09:36

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı
20.07.2018, 09:27

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək
20.07.2018, 09:22

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək

Axtarışda olan daha 26 nəfər tutuldu
20.07.2018, 08:42

Axtarışda olan daha 26 nəfər tutuldu

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR   
20.07.2018, 08:40

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR  

ARXİV