15 dekabr 2018, Şənbə
Ana Səhifə - ÖLKƏ - Gəncənin keçmiş icra başçısı: “... təsəvvür edə bilməzdim ki, belə bir hadisə baş verə bilər” - MÜSAHİBƏ  
Gəncənin keçmiş icra başçısı: “... təsəvvür edə bilməzdim ki, belə bir hadisə baş verə bilər” - MÜSAHİBƏ  
12.07.2018, 10:18

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə baş verən qanlı hadisələr hər kəsi narahat edib. Hadisələrin haradan, nədən qaynaqlandığı, hansı mərkəzlərdən idarə olunduğu barədə ən müxtəlif versiyalar səslənir. “Yeni Müsavat”ən əməkdaşı Elşad Paşasoy  2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən, hazırda isə Bakı şəhər Səbayel Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Eldar Əzizovdan baş verənlərə münasibət öyrənib. Modern.az onunla söhbəti təqdim edir:


- Eldar müəllim, sizin uzun müddət rəhbərlik etdiyiniz Gəncə şəhərində faciəli hadisələr, ağır cinayətlər baş verdi. Baş verənlərlə bağlı sizin məlumatlarınız, ehtimallarınız nədən ibarətdir?

- Mən 8 il Gəncədə işləmişəm. Təəssüf hissi ilə deməliyəm ki, bunlar çox ağır hadisələrdir. Mən  həlak olan polkovnikləri şəxsən tanıyırdım. Səməd Abbasovu da, İlqar Balakişiyevi də. Biz onlarla bir yerdə, çiyin-çiyinə işləmişik. İkisi də layiqli, mübariz zabitlər olublar. Heyf onlardan! Mən fürsətdən istifadə edib onların ailə üzvlərinə  dərin hüznlə başsağlığı verirəm. Onlar dövlətə və dövlətçiliyə sadiq, mübariz zabitlər olublar. Xidmətdə olan zabitlərin belə qətlə yetirilməsini əlbəttə ki, hər bir vətənpərvər insan pisləyir. Bu gün biz hamımız dərk etməliyik ki, əzəli, təbii düşmənlə üz-üzə dayanmışıq, torpaqlarımızın da bir hissəsi işğal altındadır. Başqa qüvvələr də vardır.  Onlar bu cür vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün bizim özümüzdən başqa güclü, müstəqil Azərbaycan heç kimə lazım deyil. Hazırda dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda sabitlikdir, ölkə inkişafdadır. Bu, özü-özünə alınmayıb. Cənab İlham Əliyevin siyasətinin nəticəsidir. Mövcud sabitliyi qoruyub-saxlamaq vacib bir məsələdir. Biz səylərimizi buna istiqamətləndirməliyik.

Yeri gəlmişkən, bu gün bəzi adamlar mətbuatda olmayan məsələləri şişirtmək istəyirlər. Mən özüm bu gün tamam başqa bir şəhərdə, başqa bir rayonda işləyirəm. Amma mənim adımdan müxtəlif şayiələr yayırlar. Məndən müsahibə götürmədən hadisələrə “münasibətimi” bildirirlər. Elə çıxır ki, sən heç müsahibə verməsən də, sənin adından ictimaiyyətə nə isə təqdim olunacaq. Amma mən bu günə kimi rəsmi müsahibə verməmişəm. Bunu sizə rəsmi şəkildə deyirəm. Sizdə, musavat.com-da bir məqalə gedib ki, guya Abbas Abbasovla bizim birgə işlərimiz olub və onun dəstəyi ilə mən icra hakimiyyətinin başçısı təyin olunmuşam. Mən ulu öndər tərəfindən Gəncə şəhərinə icra başçısı vəzifəsinə təyin olunmuşam və bununla fəxr edirəm. Nə mən bir dəfə Abbas Abbasovun otağında olmamışam, nə də o mənim otağımda olmayıb. Gəncədən qabaq və Gəncədə işlədiyim 8 il ərzində biz bir dəfə də olsun nə Nazirlər Kabinetində, nə də Gəncə Şəhər İcra Hakimiyyətində görüşməmişik. Bütün bunları hansı məqsədlə yazırlar, mən deyə bilmərəm. Kiminsə fantaziyası bu qədər zəngindir ki, olmayan şeyləri bu şəkildə reallaşdırmağa çalışır. Amma mən xatırlaya bilmirəm ki, işlədiyim dövrdə onlar Gəncədə nə isə tiksinlər,  hansısa obyekt açsınlar. Amma mənim işlədiyim dövrdə Gəncə şəhərində belə fəaliyyətlə məşğul olmalarını da mən bu günə qədər xatırlaya bilmərəm. Abbas Abbasovla heç vaxt işgüzar ünsiyyətdə olmamışam. Mən özüm elə yazıları oxuyanda təəccüblənirəm. Ümumiyyətlə, özüm Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi arzulayardım ki, heç olmasa kiminsə haqqında nə isə yazılanda etika naminə müraciət etsinlər, soruşsunlar, xəbər doğrudur, ya yox.


- Bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı ki, siz Gəncə şəhərində bu hadisəni törədən insanın edam edilməsini tələb etmisiniz...

- Siz bunu nə qədər demokratik hesab edirsiniz? Mənə heç kim bu barədə müraciət etməyib və heç kimə müsahibə verməmişəm, bu yalan məlumatın müəllifi də mənə məlum deyil. Mən bunu eşidəndə çox təəccübləndim və bu müsahibə ilə tanış olandan sonra deyə bilərəm ki, bu çox primitiv şəkildə yazılıb. Ölüm hökmü Azərbaycanda 1998-ci ildə ləğv olunub və mən bir tarixçi kimi bunu yaxşı bilirəm. Amma bu saxta məlumatı hazırlayanların yəqin ki,  bundan xəbəri olmayıb. “Azadlıq” qəzeti bu məlumatı fasebokda yayıb və geniş müzakirələr təşkil edib. Məqsədi də bəllidir. Mən bu günlər ərzində ilk müsahibəni bu gün telefonla yalnız sizə vermişəm, o da sizin zəngə cavab olaraq. Bu günə kimi mənim adımdan yayılan xəbərlər  cəfəngiyyatdan başqa bir şey deyil.

- Eldar müəllim, Siz də təsdiq edə bilərsiniz ki, bəzən mətbuata məqsədli şəkildə dezinformasiyalar da ötürülür, bunu istisna etmirik. Üstəlik, adətən məmurlara çıxış imkanı məhdud olduğundan dəqiqləşdirmə aparmaq da müşkülə dönür. Yeri gəlmişkən, həmin yazıda bir məqam da var ki, Abbasovlara məxsus 1,5 milyonluq özəl mülk Elmar Vəliyev 2011-ci ildə Sizi əvəzlədikdən az sonra yerlə yeksan edilib. Bu barədə nə deyə bilərsiniz?

- Mən xatırlaya bilmərəm. Çünki onlarla işgüzar ünsiyyətdə olmamışam. Düzdür, bizim dövrümüzdə Abbas Abbasovun oğlu (Aydın Abbasov-E.P.) Gəncə şəhərindən deputat seçilmişdi. Dörd deputatdan biri də o idi. Bu isə başqa bir mövzudur. Lakin deyim ki, mənim bunlarla, hansısa məsələlərlə bağlı müzakirələrim olmayıb. Onların Gəncədə bəzi obyektləri olub və bunlar mənim Gəncəyə rəhbərlik etdiyim dövrdən əvvəl olmuşdu. Yəqin ki, onlardan söhbət gedə bilər. 

- Hər halda, bu gün hər birimizi daha çox narahat edən məhz Gəncədə baş verən qanlı hadisələrdir və istərdim ki, bu məsələlərdən danışaq. Siz Gəncədəki hadisələrin arxasında hansı qüvvələrin dayandığı qənaətindəsiniz? Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisini yəqin ki, yaxşı tanıyırsınız. Burada dini amillərin icra başçısına sui-qəsd etməsinə, polis zabitlərini qətlə yetirməyə gətirib çıxarması real görünürmü?

- Mən həmişə demişəm, bu gün də deyirəm, gəncəlilər çox qədirbilən camaatdır. İnanmıram ki, gəncəlilər tərəfindən Balakişiyevə və Abbasova kimsə əl qaldıra bilərdi. Ola bilər ki, hansısa təxribatçı qruplardır. Bu gün istintaq gedir və yəqin ki, istintaqın nəticəsi açıqlanacaq. Mən bir tarixçi kimi burada daha geniş problem görürəm. Hər halda, istintaq daha konkret deyəcək.

- Rəis müavinlərinin hədəfə alınması, sizcə, təsadüfdür, yoxsa məqsədli olub?

- Mən 7 ildir Gəncədən çıxmışam. Bu gün birmənalı desəm, ciddi qəbul olunmayacaq. Hər halda, bu, yaxşı hal deyil, cinayətdir. Xidmət zamanı zabitləri  qətlə yetiriblər. Biz birmənalı şəkildə bunu pisləyirik. Ancaq başqa nələr baş verib, bunu yalnız orada olanlar qiymətləndirə bilər. Mən yalnız vətəndaş kimi bunu çox pis qiymətləndirirəm. Bu, qətldir. Qətlə yetirilənlər dövlət işçiləridir, Azərbaycan dövlətini təmsil edən yüksək rütbəli zabitlərdir. Onlara qarşı əl qaldırılması Azərbaycan dövlətçiliyinə qarşı əl qaldırılması kimi qəbul olunmalıdır və bütün dünyada bu cür hadisələr belə qiymətləndirilir.

- Eldar müəllim, dediyiniz kimi, Siz 8 il Gəncəyə rəhbərlik etmisiniz. Heç təsəvvürünüzə gətirərdinizmi ki, günün birində kimsə elə icra hakimiyyətinin qarşısında Sizə yaxınlaşa və silahlı hücum edə bilər? Nə vaxtsa belə bir təhlükədən ehtiyatlanmısınızmı?

- Bilirsiniz, burada bəzi qüvvələr bizi üz-üzə qoymaq, müqayisə etmək istəyirlər. Bu, etik cəhətdən düzgün deyil. Mən başqa bir dövrdə işləmişəm, o, (Elmar Vəliyev-E.P.) başqa bir dövrdə. O vaxt təsəvvür edə bilməzdim ki, Gəncədə belə bir hadisə baş verə bilər. İndi dünya dəyişir, müxtəlif xarakterli proseslər gedir. “Bu gün orada niyə belə oldu” sualına müvafiq təşkilatlar, istintaq aydınlıq gətirəcək. Ancaq birmənalı şəkildə bu nə hadisədir, kökündə nə dayanır, demək çətindir. İstintaqın yekununu gözləyək.

- Bu günlər ərzində həmkarınız, həm də xələfiniz olan Elmar Vəliyevlə əlaqə saxlamaq, onun sağlıq durumundan məlumat almaq imkanınız olubmu?

- Mənim onun qardaşı Xanlar Vəliyevlə telefon danışığım olub. Təbii ki, o, bizim həmkarımızdır. Mən Gəncədə 8 il işlədim, o da 7 il işləyib, artıq 8-ci ildir. Əlbəttə, biz bir komandanın üzvüyük. Təbiidir ki, mən son hadisələri  pisləyirəm. Azərbaycanda hüquqi dövlət var, kim kimdənsə narazıdırsa, o, sözünü deyə, hansısa instansiyaya müraciət edə bilər. 

- Yəqin ki, Gəncə ilə əlaqələriniz var. Hazırda vəziyyət barədə nə demək olar? Bundan sonra analoji hadisələr təkrarlana bilərmi?

- Mən inanmıram ki, bir daha belə bir hadisə təkrar olunsun. Gəncə camaatı müdrik camaatdır. Bu gün Azərbaycan xalqı dünyaya baxıb min dəfə şükür edir ki, Azərbaycanda sabitlikdir, inkişaf var, bunu qoruyub saxlamaq lazımdır. Bu sabitlik və inkişaf cənab prezidentin siyasətinin nəticəsidir. Böyük xoşbəxtlikdir ki, bu gün ölkənin başında bu cür dahi insan durur, onun siyasətinin nəticəsində bu sabitlik yaranıb və inkişaf göz qabağındadır. Yaxın Şərqə, Avropaya, Ukraynaya baxın, nələr baş verir? Azərbaycan onların fonunda stabil dövlət kimi çıxış edir, bunu qoruyub-saxlamaq lazımdır. Azərbaycan xalqı da müdrik xalqdır. Bütün görülən işləri qiymətləndirir. Ona görə də mən inanmıram ki, orada böyük bir miqyasda nə isə problem yaradılsın. Ayrı-ayrı adamlar bütün dünyada var, bütün quruluşlarda mövcud olublar.  

- Eldar müəllim, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi neçə vaxtdır ki, boşdur. Son olayla əlaqədar Gəncənin icra başçısı da səlahiyyətlərini icra edə bilmir. Ölkə əhalisinin az qala yarısını təşkil edən iki şəhərimizdəki belə bir vəziyyət Sizi narahat edirmi?

- Bakı şəhərində sistem yaradılıb, bütün rayon icra hakimiyyətinin başçıları yerlərində öz funksional vəzifələrinin öhdəsindən gəlirlər. Gəncə şəhərində  bu cür faciəli hadisə baş verməsinə baxmayaraq orada dövlət strukturları öz fəaliyyətlərini davam etdirirlər.  Azərbaycanın xoşbəxtliyi ondadır ki, möhtərəm prezidentimizin siyasəti nəticəsində sistem yaradılıb. Artıq o sistem əsasında dövlət idarə olunur. Bu gün hüquqi, demokratik, dünyəvi dövlət bir reallıqdır, bu dövlət də göz qabağındadır. Ona görə də bu gün ayrı-ayrı vəzifələrdə vakansiya olanda sistem özü işləyir, artıq sistem mövcuddur, bu da bir xoşbəxtlikdir.

- Uzun illər boyu Bakının icra başçısı vəzifəsinə namizədlər sırasında sizin də adınız çəkilib, ona görə sizdən soruşdum...

- Vallah, çox şey deyə bilərlər, bunlar əsassız fərziyyələrdir. Mənə cənab prezident böyük etimad göstərib, mən can-başla çalışıram ki, onun etimadını əməli işlərimlə doğruldum.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15.12.2018, 21:56

“Beşiktaş” Pepe ilə yollarını ayırdı

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ
15.12.2018, 21:48

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı
15.12.2018, 21:37

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı

Qarabağda iki erməni əsgəri ağır yaralandı
15.12.2018, 21:27

Qarabağda iki erməni əsgəri ağır yaralandı

Tanımış Prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır
15.12.2018, 21:13

Tanımış Prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı
15.12.2018, 20:57

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15.12.2018, 20:39

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR

Ukraynada təyyarə qəzası
15.12.2018, 20:26

Ukraynada təyyarə qəzası

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı
15.12.2018, 20:15

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili
15.12.2018, 20:02

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib
15.12.2018, 18:56

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu   
15.12.2018, 18:39

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu  

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15.12.2018, 18:00

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb

11 yaşlı Tramp soyadından imtina etmək istəyir
15.12.2018, 17:56

11 yaşlı Tramp soyadından imtina etmək istəyir

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər
15.12.2018, 17:49

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15.12.2018, 17:34

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib
15.12.2018, 17:17

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15.12.2018, 17:05

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR
15.12.2018, 16:50

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
15.12.2018, 16:41

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

İlham Əliyev Bəhreynin Kralını təbrik edib
15.12.2018, 16:40

İlham Əliyev Bəhreynin Kralını təbrik edib

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib
15.12.2018, 16:34

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI
15.12.2018, 16:33

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
15.12.2018, 16:26

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Pentaqon Rusiya ilə danışıqlardan qaçır
15.12.2018, 16:17

Pentaqon Rusiya ilə danışıqlardan qaçır

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb
15.12.2018, 16:02

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır
15.12.2018, 15:41

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq
15.12.2018, 15:32

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı
15.12.2018, 15:18

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar
15.12.2018, 15:06

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb
15.12.2018, 14:39

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
15.12.2018, 14:27

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...
15.12.2018, 14:18

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir
15.12.2018, 13:54

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir

Bu yolda rənglənmə işləri aparılacaq
15.12.2018, 13:38

Bu yolda rənglənmə işləri aparılacaq

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi
15.12.2018, 13:27

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi

Tolstoy olan yerdə Dostoyevski kim idi…   
15.12.2018, 13:11

Tolstoy olan yerdə Dostoyevski kim idi…  

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək
15.12.2018, 13:01

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ
15.12.2018, 12:56

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”
15.12.2018, 12:52

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”

Qubada tingçiliyin inkişafı müzakirə olunub
15.12.2018, 12:47

Qubada tingçiliyin inkişafı müzakirə olunub

Azərbaycanlı deputat Sloveniya parlamentində - FOTO
15.12.2018, 12:44

Azərbaycanlı deputat Sloveniya parlamentində - FOTO

Amerika Birləşmiş Ştatları - geniş imkanlar ölkəsi və...   
15.12.2018, 12:34

Amerika Birləşmiş Ştatları - geniş imkanlar ölkəsi və...  

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi    
15.12.2018, 12:30

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi  

Vəlihəd Netanyahu ilə barışmağa hazırlaşır
15.12.2018, 12:29

Vəlihəd Netanyahu ilə barışmağa hazırlaşır

“Azərişıq”ın yenilənmiş saytı təqdim olundu
15.12.2018, 12:10

“Azərişıq”ın yenilənmiş saytı təqdim olundu

Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu
15.12.2018, 12:04

Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu

Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb
15.12.2018, 11:51

Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb

Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR
15.12.2018, 11:42

Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir
15.12.2018, 11:32

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

ARXİV