Modern.az

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

22 İyul 2018, 11:34

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,3 faiz artaraq 173,1 min ton, xiyarın istehsalı isə 2,7 faiz artaraq 7,8 min tona çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi