Modern.az

Neftin qiyməti kəskin ucuzlaşa bilər – Bəs Azərbaycan nə etməlidir?

Neftin qiyməti kəskin ucuzlaşa bilər – Bəs Azərbaycan nə etməlidir?

Ölkə

14 Avqust 2018, 08:41

“Neft sadəcə iqtisadiyyat yox, həm də geosiyasət olduğundan, təbii ki, son vaxtlar dünyada baş verən proseslər neftin qiymətinə təsir edəcək. Hazırda baş verən ticarət müharibəsi şəraitində neftin qiymətinin artmasına və aşağı düşməsinə təsir edə bilən amillər bir-birinə  qarışdığından, hansının üstünlük təşkil edəcəyini indidən demək çətindir. ABŞ-ın qaynatdığı ticarət müharibəsinə həm də ucuz neft və qaz təklifi də daxildir. Əgər bu variant özünü geniş miqyasda doğrulda bilsə, təklif olunan ucuz neft və qazın həcmindən asılı olaraq enerji daşıyıcılarının qiymətinin aşağı düşməsinə, qalan amillərin xeyli hissəsi isə müəyyən vaxt kəsiyində neftin qiymətinin artmasına təsir göstərə bilər. Psixoloji amil isə hər iki istiqamətə, yəni həm qiymətin qalxmasına, həm də enməsinə  işləyə bilər”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının  tərkib hissəsidir.

 

“Ona görə də dünyada baş verən hadisə və proseslər  Azərbaycan iqtisadiyyatınin dünya iqtisadiyyatı ilə daha çox inteqrasiya olunan hissəsinə nəzərəçarpan dərəcədə təsir göstərəcək. Məsələn, neftin qiymətinin qalxıb –enməsi Dövlət Neft Şirkətinin,  Dövlət Neft Fondunun, dövlət büdcəsinin gəlirlərinə təsir edəcək. Neftin qiymətinin kəskin aşağı düşməsi,  birbaşa olmasa da, həmin aşağı qiymətlərin qalma müddətindən asılı olaraq tədiyyə balansının və xarici ticarət balansının hazırkı müsbət saldosuna mənfi təsir edə bilər. Bu isə manata da təsir göstərə bilər”.

 

Ə.Məsimli Azərbaycanın dövlət  büdcəsinin hazırlanarkən dünya iqtisadiyytında gedən proseslərin də incələndiyini və nəzərə alındığını bildirib.

 

“Burda daha çox neftin qiyməti əsas rol oynayır.Ona gprə də büdcə tərtib edilərkən çoxvariantlı  yanaşmadan istifadə olunur və optimist, pessimist, orta ssenarilər qurulur. Belə yanaşma təbii ki, dünyada gedən prosesləri də yetərincə nəzərə almaq və situasiyadan asılı olaraq manevr etmək imkanlarını genişləndirir”.

 

Deputat “əgər neftin qiymətində hər hansı bir ciddi dəyişiklik olduğu halda 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilərmi?” sualına isə belə cavab verib:

 

“Qarşıdakı 4 ay ərzində neftin qiymətində baş verə biləcək dəyişikliklər 2018-ci ilin büdcə göstəricilərini  nəzərəçarpan dərəcədə təsir göstərə bilməz. Çünki bu il  neftdən büdcəyə birbaşa daxil olan vəsaitin payı 2,4 milyard manatın altındadır ki, bu da büdcə gəlirlərinin 11 faizi ətrafında olmaqla büdcə göstəricilərinə nəzərəçarpan dərəcədə təsir etmək baxımından kiçik rəqəmdir.

 

Dünya bazarında neftin qiymətinin 1 dollar qalxıb-enməsi ilə büdcəyə əlavə olaraq 43-44 milyon manat vəsait cəlb oluna və ya bir o qədər vəsaitin itirilməsinə gətirib çıxara bilər. Əsas yük Dövlət  Neft Fondundan transfertin üzərinə düşür. Bu ilin büdcəsində Dövlət Neft Fondundan transfert ötən illə müqayisədə 4,9 milyard manat artırılaraq 2017-ci ildəki 6,1 milyard manatdan 11 milyard manata çatdırılıb ki,bu  da büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edir.

 

Neftin qiymətindən asılı olmayaraq Dövlət Neft Fondundan transfert  nəzərdə tutulan məbləğdə büdcəyə  daxil olacaq. Bu da  hökumətin sosial öhdəliklərini həyat keçirmək üçün kifayət edir. Hazırda neftimizin dünya bazarındakı qiyməti büdcə proqnozlarında  öz əksini tapan 55 dollardan 30-35  faiz yüksəkdir. Öna görə də  neftin qiyməti büdcə proqnozlarında nəzərdə tutulan 55 dollardan xeyli çox olsa,onda Dövlət Neft Fondundan büdcəyə transfertlərə bir qədər qənaət etmək olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü