Modern.az

Bakı meri necə olmalıdır: “Xarici investisiyanı paytaxta daşımalıdır” – Deputatdan AÇIQLAMA

Bakı meri necə olmalıdır: “Xarici investisiyanı paytaxta daşımalıdır” – Deputatdan AÇIQLAMA

25 Avqust 2018, 16:37

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olundu.

Ötən ay isə Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə gətirilib  və Bakı meriyasının başçının müavini təyin edildi.

Hazırda  gözlər Bakı Meriyasına yönəlib. Hamı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə kimin gətiriləcəyini səbirsizliklə gözləyir.

 

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlama verib.

Deputat dövlət başçısının Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı ümumən konkret hədəflərinin olduğunu deyib..

 

“Görünür ki, bu bir tərəfdən də Bakı şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətləri ilə əlaqədardır. Effektli bir şəkildə bütün icra hakimiyyətləri ilə əlaqələrin qurulması da burada önəmli yer tutur. Digər tərəfdən paytaxt Bakının özünəməxsus infrastruktur yükü, istər nəqliyyat, istərsə də idarəetmə  və sair sahələrində peşəkarlığı tələb edir. Burada qabaqcıl dövlətlərin təcrübəsinin öyrənilməsinə də həddən artıq ehtiyac var. Keçmiş sovet dövründən qalan infrastrukturu yenisi ilə əvəzləmək, eyni zamanda çox vacib normativləri gözləmək önəm daşıyır. 

 

Biz bu dövr ərzində Bakının simasının köklü dəyişdiyini vurğulayırıq. Hesab edirəm ki, bütün bunlar o anlama gəlir ki, ölkə rəhbərinin verdiyi qərarlar və həyata keçirdiyi tədbirlərlə yeni bir məkanın formalaşdığını qeyd edirik. Ancaq çox ciddi problemlərimiz hələ də qalmaqdadır . Bu yöndə məsələlər də bizə bəllidir.

 

Deputat hesab edir ki, Bakı meri öz gücünü bu sahədə böyük xidmətləri hesabına zənginləşdirməyi bacaran, marketinqdən menecerliyə, böyük şəhərlərlə əlaqə qurmaq qabiliyyətinə, xarici investisiyanı Bakıya daşımaq, paytaxtın yükünü azaldacaq bir sıra tədbirləri reallaşdırmağı bacaran bir şəxs olmalıdır.

 

“Biz bunu konkret olaraq bir şəxslə əlaqələndirmirik. Prezidentin müəyyən vaxtı əldə saxlaması ona bağlıdır ki, dərhal təyinatın olması məsələləri bütövlükdə həll etməyəcək. Bildiyimiz kimi, konkret beynəlxalq qurumlar Bakı şəhərinin  Baş Planının hazırlanmasına cəlb olunublar. Bu çox yaxşı bir hadisədir.  Etiraf etmək lazımdır ki, Qərb ölkələrində menecment bu sahədə çox yüksək qurulub.  Bu planın hazırlanması təkcə Bakının şəklini çəkmək üçün deyil. Onun naviqasiya sistemindən tutmuş, digər müxtəlif problemlərini əhatə etməyə qədər orada olmalıdır .

Biz bəzən şikayət edirik ki, Bakı şəhərində binalar bir – birinə yaxın tikilib, fövqəladə vəziyyət tələbləri orada pozulur, hədsiz yüklənmə var, şəhərin mərkəzində yeni-yeni universitetlər qurulur. Ona görə də paytaxtı böyük mənada yükdən azad etmək lazımdır. Düşünürəm ki, bu tələblər çərçivəsində yetərincə insanlarımız var. Biz mətbuatdan Bakıda Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı da məlumatlar oxuyuruq.  Ancaq mən bu mövqeni qəbul etmirəm.

 

Çünki biz Bakı şəhər İcra Hakimiyyəti başçısının Ali İcra Hakimiyyəti orqanları sistemində yer aldığını nəzərə almalıyıq. Bu çox önəmli bir məsələdir. Yeni merin təyin olunması isə ölkə başçısının səlahiyyətində olan məsələdir. Ona görə biz həmin vəzifəyə kimin təyin olunacağını söyləyə bilmərik. Buna bizim səlahiyyətlərimiz də çatmır. Ümid edirəm ki, bu təyinat baş verəcək”.

 

Zahid Oruc Eldar Əzizovun Bakının meri postuna təyin olunacağı ilə əlaqədar səsləndirilən fikirlərə də münasibət bildirib:

 

“Bu barədə konkret bir baxışım yoxdur. Çünki dövlət başçısı qərarlar verərkən hər bir şəxsin potensialı, təcrübəsi və professionallıq imkanlarının  hamısı hesablanır. Eldar Əzizov təcrübəli bir adamdır. Uzun müddət böyük şəhərlərə rəhbərlik edib.  İndi də o  Bakı meriyasının başçının müavini təyin edilib. Əgər bu yöndə başqa addımlar olacaqsa, yenə də cənab prezidentin səlahiyyətidir.  O, hazırda müavin kimi vəzifələrini yerinə yetirməkdə davam edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi