24 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - Azərbaycan diplomatiyasını xaricdə təmsil edən XANIM SƏFİRLƏR...  
Azərbaycan diplomatiyasını xaricdə təmsil edən XANIM SƏFİRLƏR...  
30.09.2018, 12:38

Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması nəzərdə tutulur. Diplomatik xidmət bütün zamanlarda prestijli dövlət qulluğu sayılıb. Fövqəladə və səlahiyyətli səfir, konsul, daimi nümayəndə kimi vəzifələrdə çalışan diplomatlar ölkə başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə dövlət orqanların xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirmək və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməklə məşğul olublar.

Bu gün Azərbaycan Respublikasının xaricdə 100-dən çox  səfirliyi, konsulluğu, fəxri konsulluğu, daimi nümayəndəliyi fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada apardığı xarici siyasətin həyata keçirilməsi diplomatların üzərinə böyük məsuliyyət qoyur.

Bu məsuliyyəti daşıyan dşıyanlar arasında Azərbaycan Respublikasının xaricdəki diplomatik korpuslarında rəhbər vəzifələrdə çalışan xanımlar da var.

Modern.az saytı diplomatik görəvdə rəhbər postlar tutan xanım diplomatlarımızla bağlı tiqdimatı diqqətinizə çatdırır.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Nərgiz Akif qızı Qurbanova...

Nərgiz Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Nərgiz Qurbanova  1975-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetinin (Azərbaycan) Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və magistr dərəcələrinin (1997), Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment üzrə magistr dərəcəsinin (1999) sahibidir. N.Qurbanova həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil alıb.

O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsi alıb. 


N.Qurbanova 2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutub.

Səfir təyinatından öncə N.Qurbanova Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olub. N.Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə verib.

N.Qurbanova həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili  və səfirinin müavini olaraq) ezam olunub.

Səfir N.Qurbanova “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

İngilis, fransız (orta) və rus dillərini bilir. Xanım səfir ailəlidir, bir oğlu var. 

 


Azərbaycan Respublikasının
İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım Məmməd qızı İbrahimova... O, eyni zamanda Lixtenşteyn Knyazlığında akkreditə olunub.

Səfir Xanım İbrahimova beynəlxalq münasibətlər və diplomatiya sahəsində 20 illik iş təcrübəsinə malikdir. O, 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Xanım İbrahimova  1979-cu ildə Bakı şəhərində anadan olub.

X.İbrahimova Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq maliyyə ixtisasın və dünyanın nüfuzlu təhsil ocaqlarından olan ABŞ-ın Kolumbiya Universitetinin beynəlxalq sosial inkişaf ixtisası üzrə magistr dərəcələrini bitirib.

Səfir təyin olunmadan əvvəl o, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində işləyib. Nümayəndəlikdəki fəaliyyəti dövründə X.İbrahimova dəfələrlə BMT üzvü olan dövlətlər tərəfindən BMT-nin müxtəlif komitələrinin sədr müavini seçilib. BMT-nin siyasi cəhətdən mühüm bir bəyannaməsinin BMT üzvü olan 150 ölkə arasında konsensus yolu ilə qəbul edilməsinə nail olduğuna görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bunadək o,  xarici işlər naziri tərəfindən “Təşəkkür məktubu” verilmiş və “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş səfirlər də daxil olmaqla on ən yüksək səviyyəli diplomatdan biri olub.

X.İbrahimova, həmçinin Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyi və ATƏT yanında Daimi Nümayəndəliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Fəaliyyəti dövründə o, ATƏT çərçivəsində keçirilmiş müzakirələrdə Azərbaycanı təmsil edib, Azərbaycan Respublikası Prezidentinin başçılığı ilə geniş tərkibli ilk Azərbaycan-Avstriya Biznes Forumunu təşkil edib.

Bunadək o, 2006-cı ildə xarici işlər nazirinin də dəstəyi ilə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) konsepsiyasını hazırlayıb və həyata keçirib. Qeyd olunan agentlik hazırda Azərbaycanın beynəlxalq yardım sahəsində fəaliyyət göstərən əsas qurumudur. Bu qurumun həm strategiya, həm də hüquqi bazasının müəllifi kimi Xanım İbrahimova BMT-nin İnkişaf proqramı çərçivəsində topladığı vəsait hesabına Azərbaycan Diplomatik Akademiyası ilə birgə ilk texniki yardım layihələrini hazırlayıb və həyata keçirib. Peşəkar fəaliyyəti dövründə o, eyni zamanda Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq tələbələrlə bağlı müxtəlif layihələrin müəllifi və icraçısı olub.

Azərbaycanda diplomatik xidmət sıralarına qoşulmadan əvvəl o, 2003-cü ildə BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında İnkişaf Siyasəti Bürosunda layihələndirmə mütəxəssisi və 2004-cü ildə isə ən strateji bürolardan birində - Böhranların Qarşısının Alınması və Bərpa Bürosunda layihə meneceri (P-4) vəzifəsində işəyib. X.İbrahimova burada minalardan əziyyət çəkən ölkələr üçün böhranın qarşısının alınması və ərazilərin bərpası istiqamətində vəsaitin toplanması üzrə iş aparıb.

2000-ci ildə X.İbrahimova BMTİP-nin Azərbaycan Nümayəndəliyində Azərbaycan Hökuməti ilə birgə Fövqəladə halların idarə edilməsi layihəsi üzərində çalışıb. Qeyd olunan layihə sonralar təsis edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasını təşkil edib.

1998-ci ildə o, Avropa İttifaqının Azərbaycan bölgələrinin inkişafını nəzərdə tutan birgə proqramında işləyib.

Evlidir, iki övladı var.

 


Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu Aydan Atif qızı Rzayeva...

Aydan Rzayeva 10 iyun 2016-cı ilı tarixində Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu təyin edilib.

Aydan Rzayeva 1969-cu ildə Bakı şəhərində anadan olub. 1986-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dillər Universitetinə daxil olub. Təhsilini müvəfəqqiyyətlə başa vurduqdan sonra ailə həyatı qurub və Avstraliyaya köçüb.
Öncələr ailəsilə birgə Pert şəhərində tikinti sektoru üzrə ixtisaslaşmış özəl şirkətdə açlışıb və həmin şirkətin sahibi olub.

O, eyni zamanda Avstraliyada diaspor fəaliyyətilə məşğul olub.  İki övladı var.


A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yığmamız heç-heçəyə razılaşdı
24.10.2018, 01:00

Yığmamız heç-heçəyə razılaşdı

Azərbaycan idmançısı gümüş medal qazandı
24.10.2018, 00:45

Azərbaycan idmançısı gümüş medal qazandı

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü
24.10.2018, 00:28

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp
24.10.2018, 00:13

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov
23.10.2018, 23:58

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi
23.10.2018, 23:39

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi

Azərbaycan nefti ucuzlaşıb
23.10.2018, 23:19

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib
23.10.2018, 23:07

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO
23.10.2018, 22:52

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi
23.10.2018, 22:37

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış
23.10.2018, 22:21

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış

Qarabağda erməni əsgəri yaralandı
23.10.2018, 22:08

Qarabağda erməni əsgəri yaralandı

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO
23.10.2018, 21:51

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  
23.10.2018, 21:37

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü
23.10.2018, 21:36

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı
23.10.2018, 21:21

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi
23.10.2018, 21:07

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi

Paşinyan baş nazirliyə yeganə namizəd oldu
23.10.2018, 20:55

Paşinyan baş nazirliyə yeganə namizəd oldu

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı
23.10.2018, 20:41

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO
23.10.2018, 20:29

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO

Azərbaycan Fransaya NOTA verdi
23.10.2018, 20:18

Azərbaycan Fransaya NOTA verdi

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq
23.10.2018, 20:04

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq

Putin Trampa Parisdə görüşməyi təklif etdi
23.10.2018, 20:00

Putin Trampa Parisdə görüşməyi təklif etdi

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi
23.10.2018, 19:52

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

Nəcməddin Sadıkov Libermanla görüşüb
23.10.2018, 19:43

Nəcməddin Sadıkov Libermanla görüşüb

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO
23.10.2018, 19:34

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi
23.10.2018, 19:25

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq
23.10.2018, 19:16

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü
23.10.2018, 19:06

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO
23.10.2018, 18:57

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO

Sabah Bakının bir hissəsi qazsız qalacaq
23.10.2018, 18:48

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü
23.10.2018, 18:40

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü

Prezident yeni qanun imzaladı
23.10.2018, 18:32

Prezident yeni qanun imzaladı

XİN rəhbəri Laaneti qəbul edib
23.10.2018, 18:25

XİN rəhbəri Laaneti qəbul edib

Baş nazirin maşını maralla toqquşdu
23.10.2018, 18:17

Baş nazirin maşını maralla toqquşdu

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı
23.10.2018, 18:10

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi
23.10.2018, 18:01

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı
23.10.2018, 17:55

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR
23.10.2018, 17:47

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR

Bakının bu əraziləri susuz qalacaq
23.10.2018, 17:40

Bakının bu əraziləri susuz qalacaq

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR
23.10.2018, 17:32

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ
23.10.2018, 17:23

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib
23.10.2018, 17:17

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib

“Azercell” əməkdaşlıq memorandumu imzaladı
23.10.2018, 17:10

“Azercell” əməkdaşlıq memorandumu imzaladı

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ
23.10.2018, 17:04

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
23.10.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur
23.10.2018, 16:58

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər
23.10.2018, 16:57

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər

Yaddan çıxmaz Qarabağ! - VİDEO
23.10.2018, 16:51

Yaddan çıxmaz Qarabağ! - VİDEO

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
23.10.2018, 16:33

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

ARXİV