21 mart 2019, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - Azərbaycandakı milyonçular - Onlar niyə rəsmi qeydiyyata alınmır?
Azərbaycandakı milyonçular - Onlar niyə rəsmi qeydiyyata alınmır?
26.10.2018, 10:11

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının (milyarder və ya milyonçular) siyahısını açıqlayır.

Məsələn, “Forbes” jurnalının son açıqlamsına görə, Rusiyanın 200 milyarderinin də yer aldığı siyahıda bir neçə azərbaycanlının da adı var. “Lukoil” şirkətinin rəhbəri, tanınmış azərbaycanlı iş adamı Vahid Ələkbərov 16,4 milyard dollarlıq sərvəti ilə bu siyahıda 4-cü yerdə qərarlaşıb. Digər azərbaycanlı biznes adamı, “Crocus Group”un rəhbəri Araz Ağalarov 1,8 milyard dollar dəyərində qiymətləndirilən sərvəti ilə 50-ci yerdə qərarlaşıb. Bu siyahıdakı son azərbaycanlı isə 1,4 milyard dollarlıq sərvəti ilə 69-cu yeri tutan Fərhad Əhmədovdur.


İngiltərənin məşhur «Knight Frank» konsaltinq şirkəti dünya ölkələri, o cümlədən Azərbaycan üzrə milyonçu insanların sayını sonuncu dəfə 2015-ci ildə açıqlayıb. “The Wealth Report” adlı araşdırmada qeyd edilir ki, 2015-ci il üçün Azərbaycanda 10 minə yaxın milyonçu olub. Araşdırmaya əsasən, Azərbaycanda 2015-ci ildə kapitalı 1 milyon dollardan çox olan 5600 nəfər, kapitalı 10 milyon dollardan çox olan 240 nəfər, kapitalı 30 milyonnan çox olan 87 nəfər, kapitalı 100 milyon dollardan çox olan 10 nəfər var. Ölkəmizdə milyarder isə qeydə alınmayıb.

Məqalədə qeyd olunur ki, 2005-2015-ci illər ərzində ölkəmizdə kapitalını artıran şəxslərin sayı 444 faiz artıb ki, bununla Azərbaycan Monqolustandan sonra zənginlərin sayının ən sürətlə yüksələn ölkələrdən biri sayılıb.

O dövrdə hətta neftin ucuzlaşması, manatın devalvasiyadan yararlanaraq varlanan şəxslərin sayı da az olmayıb. Böhranlı dövrdə yaşadığımız 2014-2015-ci illərdə ölkəmizdə zəngin insanların sayı 1 faiz artıb. Hesabatda bildirilir ki, 2005-ci ildə Azərbaycanda vəsaiti 1 milyon dollardan çox  olan şəxslərin sayı 1000 nəfər, 10 milyon dollardan çox  olanların sayı 40 nəfər, 30  milyondan çox olanarın sayı 16 nəfər, 100 milyon dollardan çox olanlar isə 2 nəfər təşkil edib. Şirkət qeyd edir ki, 2025-ci ilə kimi onların sayı 70 faiz artacaq. Ölkəmiz üzrə ən çox 1-10 milyon dollar arasında varidatı olanların sayı artıb.


2015-ci il ərzində dünyada 30 milyon dollar və daha çox kapitala malik olan varlıların ümumi sərvəti 20.8 trilyon dollardan 19.3 trilyon dollara qədər azalıb. 

Multimilyonerlərin sayı isə 5500 nəfər azalıb. 2015-ci ilin sonlarına olan məlumata görə, dünyada şəxsi sərvətinin həcmi 30 milyon dollar və daha çox olan 187.5 min adam var. Ötən il belələrinin sayının azalması fond indekslərinin aşağı düşməsi, dünya daşınmaz əmlak bazarında vəziyyətin pisləşməsi, habelə neftin və digər xammalın kəskin ucuzlaşması ilə bağlıdır.

Hesabatda deyilir ki, son illər dünyada varlıların sayı sürətlə artdığından onların sayının ötən il 5.5 min nəfər azalması ümumi trendi dəyişməyib. Belə ki, 2015-ci ildə multimilyonerlərin sayı 2005-ci ildəkindən 61 faiz çoxdur. 

Hesabata əsasən 2015-ci ilin sonlarında rəyi soruşulan varlıların yarıdan çoxu hesab edib ki, onların sərvəti qarşıdakı 10 ildə daha az olacaq. Latın Amerikasından olan varlıların hamısı, Rusiya və MDB respublikalarından olan varlıların isə 50 faizi belə düşünür. Verilən rəqəmlərin istinad mənbəyi göstərilmir.

Maraqlıdır ki, 2005-ci ildə Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanun qəbul edilsə də, bu, icra olunmamış qalır. Hətta “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda məmurların özlərinin və ailə üzvlərinin gəlirlərinin bəyan edilməsi ilə bağlı öhdəlik qoyulsa da, indiyədək nəticəsi yoxdur...

 

Azərbaycandakı milyonçular kimlərdir...

 

Modern.az-ın Azərbaycandakı milyonçuların sayı ilə bağlı Dövlət Statsitika Komitəsinə ünvanladığı sorğuya cavab olaraq, qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib ki, bu, Komitə tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil. Yəni Azərbaycanda milyonçular rəsmən qeydiyyata alınmırlar...

Tanınmış iqtisadçı Rövşən Ağayev Modern.az-a bildirib ki, Azərbaycanda əksər milyonçular əldə etdikləri sərvəti heç də qanuni yollarla qazanmayıblar. Buna görə də onlar rəsmən qeydiyyata alınmırlar:


“Onlar milyonçuya qanunsuz yollarla çevriliblər. Belə vəziyyətdə milyonçuların adının leqallaşdırılması cəmiyyətdə çox böyük qarşıdurmalar və qeyri-sabitliyə rəvac verər. Bir anlıq təsəvvür edin ki, hansısa nazirin övladının, kürəkəninin, eyni qaydada icra başçılarının sərvətinin tərkibi və həcmi barədə cəmiyyətə rəsmi məlumat təqdim edilir. Və məlum olur ki, bunların heç normal biznesi də yoxdu. Amma necə bəyan olunsun ki, bu qədər sərvət rüşvət və korrupsiya ilə toplanıb... Yəni milyonçuların rəsmi siyahısı o ölkələrdə cəmiyyət üçün leqal olur ki, həmin ölkələrdə sərvət və mülkiyyət leqal yollarla qazanılır. İkinci səbəb odur ki, milyonçular leqallaşsa, gərək öz statuslarına və rəsmi bəyan edilən sərvətlərinə uyğun vergi ödəsinlər. Amma bu qruplar ən çox vergidən yayınanlardır”. 


“Milyonçular rəsmən bəyan olunsa, məsuliyyət ortaya çıxacaq”

 

R.Ağayev deyib ki, qanunvericlik vəzifəli şəxslərin biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir:

“Bizdə bəzi vəzifəli şəxslər və deputatlar sahib olduqları biznes sayəsində milyonçudurlar. İndi onların milyonçu olduğu rəsmi bəyan edilirsə, mütləq hüquqi məsuliyyət ortaya çıxmalıdır. Milyonçuları rəsmi bəyan eləmək bir yana, hələ bizdə 2005-ci ildən qüvvədə olan qanun əsasında məmurların gəlir və əmlakının deklarasiyasına belə getmək istəmirlər”.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

İraqda bərə qəzası: ölü sayı 60-a çatdı - YENİLƏNİB
21.03.2019, 19:58

İraqda bərə qəzası: ölü sayı 60-a çatdı - YENİLƏNİB

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

Azercell daha bir uğura imza atdı
21.03.2019, 12:34

Azercell daha bir uğura imza atdı

Qaradağda 2 otaqlı evdə YANĞIN
21.03.2019, 12:17

Qaradağda 2 otaqlı evdə YANĞIN

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21.03.2019, 11:26

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Polis həyətində çətənə əkəni saxladı
21.03.2019, 11:25

Polis həyətində çətənə əkəni saxladı

Bakı Novruzu belə qeyd edir - FOTOLAR
21.03.2019, 11:15

Bakı Novruzu belə qeyd edir - FOTOLAR

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ
21.03.2019, 11:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21.03.2019, 10:50

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR
21.03.2019, 10:43

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

Bakıda sərnişin avtobusu yandı
21.03.2019, 10:33

Bakıda sərnişin avtobusu yandı

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu
21.03.2019, 10:21

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu

Ermənilər atəşkəsi 30 dəfə pozdu
21.03.2019, 10:00

Ermənilər atəşkəsi 30 dəfə pozdu

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI
21.03.2019, 09:35

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI

Azərbaycana yaz fəsli gəldi   
21.03.2019, 01:58

Azərbaycana yaz fəsli gəldi  

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  
21.03.2019, 01:45

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”
21.03.2019, 01:36

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu   
21.03.2019, 01:24

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu  

Samuxda ər arvadını bıçaqladı
21.03.2019, 00:11

Samuxda ər arvadını bıçaqladı

Kral əyləncəyə 23 milyard dollar ayırdı
20.03.2019, 23:46

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    
20.03.2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib
20.03.2019, 23:28

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

FED baza faiz dərəcəsini dəyişmədi
20.03.2019, 23:10

FED baza faiz dərəcəsini dəyişmədi

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək   
20.03.2019, 21:50

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək  

Rus turistlərdən film kimi cinayət
20.03.2019, 21:29

Rus turistlərdən film kimi cinayət

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
20.03.2019, 21:10

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb
20.03.2019, 21:01

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO
20.03.2019, 20:49

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO

Qubada maşınlar qar uçqunu altında qaldı
20.03.2019, 20:32

Qubada maşınlar qar uçqunu altında qaldı

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO
20.03.2019, 20:18

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO

Zəlzələdə 3 nəfər xəsarət aldı
20.03.2019, 20:03

Zəlzələdə 3 nəfər xəsarət aldı

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ARXİV