Modern.az

Qənirə Paşayeva Yevlaxda imza günü keçirəcək

Qənirə Paşayeva Yevlaxda imza günü keçirəcək

Mədəni̇yyət

17 Dekabr 2011, 17:50

Dekabrın 19-da Yevlax şəhərində millət vəkili Qənirə Paşayevanın «Onun sevgi məktubları»  romanının  imza günü keçiriləcək. Ötən ayın satış lideri olmuş «Onun sevgi məktubları» romanını almaq və müəllifə imzalatdırmaq istəyənlər Yevlax şəhərində Elektron kitabxanaya (Heydər Əliyev prospektində) baş çəkə bilərlər. Tədbir saat 16:00-da başlayacaq.

«Onun sevgi məktubları» Azərbaycanın müasir ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti qədər gerçəkdir.

 Oxuyacağınız hekayəti bədii təhkiyə və xırda müdaxilələrlə oxuculara çatdıran müəllif Qənirə Paşayeva hadisələrin yazarı olmaqla yanaşı, həm də gerçək iştirakçılarından, qəhrəmanlarından biridir.

 Qeyd edək ki, “Onun sevgi məktubları”nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü