Arxiv
14 Aprel 2019, 16:57 | DİASPOR
Diaspor rəhbərləri: “Ukrayna azərbaycanlılarının qurultayı tarixdə önəmli iz qoyacaq” - FOTOLAR

Bu gün Ukraynada “Ukrayna Azərbaycanlıları Radası”nın qurultayı keçirilir.

 

Modern.az-ın Kiyevə ezam olunmuş əməkdaşı hazırda qurultayı yaxından izləyir. Qurultayda iştirak edən təşkilat rəhbərləri bu mühüm toplantının əhəmiyyətindən danışıblar.

 

Həmçinin, bir neçə təşkilat rəhbəri qurultayın əhəmiyyətindən söz açıb.

 

Modern.az həmin fikirləri təqdim edir.

 

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri  Elmar Məmmədov  görülən işlərin bəhrəsini xüsusi qeyd edib:

“Bu gün böyük Azərbaycan diasporunun qurultayı keçirilir. Aparılan işlərin bəhrəsini görməkdəyik. Azərbaycan diasporu birgə əməkdaşlıq edir, dövləti, dövlətçiliyi, cənab prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Həmçinin, Azərbaycanı Ukraynada layiqincə təmsil edirik. Qurultayda həmsədrlərin, idarə heyətinin seçilməsi, diasporyönlü təşkilatların hamısının Koordinasiya Şurasına üzv olması baş verəcək.

Azərbaycan Ukrayna Beynəlxalq Alyansı 2012-ci ildə yaradılıb. Baş ofisi Kiyevdə olmaq şərtilə 8 regionda da regional şöbələrimiz mövcuddur. Alyansın 700-ə yaxın üzvü var.

Bu işlərdə Fuad Muradovun əziyyəti çox böyükdür. Fuad müəllimi “Bir qalanın sirri” filmindəki Elşən obrazında görürəm. Fuad müəllim diasporun parçalanmış vaxtında hamını bir araya gətirir, birlik, mehribanlıq nümayiş etdirir”.

 

 

 Dnepropetrovsk üzrə birləşmiş konqresin sədri Nəcəf Əhmədov qurultayın önəmli iz qoyacağını istisna etməyib:

 

“Qurultayda baş tutacaq birləşmə Ukrayna tarixində önəmli iz qoyacaq. Bu tarixi hadisədir. Böyük əhəmiyyəti olacaq. İnsanların bir yerdə birləşməsi çox önəmlidir. Çox gözəl təşəbbüsdür. Bu da gələcəkdə öz bəhrəsini verəcək.

 

Ukraynada diaspor təşkilatlarımız çoxdur. İstəyirik ki, təşkilatlarımız birgə fəaliyyət göstərsinlər. Birlik güc deməkdir. Birgə fəaliyyətimiz xalqımız üçün daha faydalı olacaq. Buna sevinirəm. Təşkilatımız 3 ildir ki, fəaliyyət göstərir. 3 il ərzində bazar günü məktəbimiz fəaliyyət göstərir. Düşünürəm ki, bazar günü məktəbləri diaspor fəaliyyətində ən önəmli yerlərdən biridir. Dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz başlıca amillərdəndir ki, gələcək nəsilə ötürək”.

 

Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq cəmiyyətinin sədri, texnika elmləri doktoru, Xarkov Milli Radioelektron Universitetinin prorektoru Murad Ömərov bu birləşmənin çoxdan baş tutmalı olduğunu bildirib.

 

“Biz bunu gözləyirdik. Ukraynada Azərbaycan diaspor təşkilatları çoxdur. Ukrayna səviyyəsində vahid Azərbaycan təşkilatının olmasını çoxdan arzulayırdıq. Ona görə də bu qurultayı yüksək qiymətləndirirəm. Bu işlərdə Fuad Muradovun rolu danışmazdır. Təşkilatımız 1999-cu lə yaradılıb. Cəmiyyətin bu il 20 illiyi tamam olacaq. 2000-ci ildən cəmiyyətin sədriyəm. Xarkovda azərbaycanlıların sayı 50 minə yaxındır. Cəmiyyətin tərkibində əvvəllər bazar günü məktəbi vardı. İndi isə Xarkov şəhəri 131 nömrəli məktəbin nəzdində mədəni elm mərkəzimiz var. Hər bazar günləri  50-60 azərbaycanlı uşaq Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan rəqsləri, tariximizdən dərs alırlar.  “Azərbaycan incisi” adlı  rəqs qrupumuz var. Hansı ki, Xarkovda keçirilən müxtəlif statuslu tədbirlərdə iştirak edir. Cəmiyyət olaraq Azərbaycanın bütün bayramlarını qeyd edirik. Təbii ki, ukraynalıları da dəvət edirik”.

 

Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov qurultayı tarixi hadisə adlandırıb:

 

“Qurultayın Ukrayna ərzisində keçirilməsi tarixi hadisədir. Bunu çoxdan gözləyirdik. Komitənin yeni sədri diaspor hərəkatına maraqla, sevgiylə yanaşır. Buna ancaq sevinmək olar. Ümid edirik ki, daha da möhkəmlənəcəyik.

Bizim təşkilat 2001-ci ildə qeydiyyatdan keçib və hazırda da fəaliyyət göstərir. Təşkilatın nəzdində azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi var. Məktəbdə kitabxana, şəxsi ofis qəzeti fəaliyyət gföstərir. Qəzet hər ay çıxır. Ayrıca futbol komandası da var”.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov  qurultayı yüksək qiymətləndirib:

 

“Qurultayın keçirilməsi sevindirici haldır. Fuad Muradovun diaspor sahəsindəki addımlarını ancaq alqışlamaq olar. Bu birləşmə onun sayəsində oldu. Əvvəllər burada hərc-mərclik baş verirdi. Yeni sədr birlik toxumu səpdi. 10 ilə yaxındır ki, Ukraynada yaşayıram. Ukrayna vətəndaşıyam. Diasporumuzun sədri Hikmət Cavadovdur. Fəaliyyətimizi saytımızda da izləyə bilərsiz. Azərbaycanın ən incə məqamlarını Ukrayna ictimaiyyətində  həmişə qabardırıq. Bunlar da kifayət deyil. Çünki üzdəniraq qonşularımız da buradadır”.

 

Dnepropetrovskdakı Azərbaycan məktəbinin müəllimi Könül Məmmədova da qurultayın önəmini xüsusi vurğulayıb:

 

“Hazırda Azərbaycan təşkilatlarının birləşməsi baş verir. Ona görə də qurultayın önəmi çox böyükdür. Mənə elə gəlir ki, hər kəs öz şəhərinə qayıdandan sonra gənclərə başa salacaq ki, çox güclü birliyimiz var. Bu qurultaya ümidlə baxırdıq. Biz 113 nömrəli məktəbin nəzdində Azərbaycan sinfi açdıq. 45 nəfərə yaxın şagird yığılmışdı. Həmin məktəbin nəzdində 8 il fəaliyyət göstərdik. Azərbaycan dili dövlət səviyyəsində Ukrayna dili kimi hesaba alındı. 1999-cu ildə fəaliyyətə başladıq. 8 il fəsliyyət göstərdikdən sonra bu məktəbin azlıq etdiyini görüb konqresin tərkibində başqa məktəb açdıq”.

 

Ukrayna xalq rəssamı, heykəltəraş Katib Məmmədov bildirib ki, güc birlikdədir:

 

“Xalqa birlik lazımdır. İndi cəmiyyətlər çoxdur. Ancaq birgə olsalar, Azərbaycana xidmət etsələr daha yaxşı olar. Güc birlikdədir. Birləşib bir yerdə fəaliyyət göstərmək lazımdır. Bir ağsaqqala ehtiyac mütləq var. Bu qurultayın keçirilməsini yüksək qiymətləndirirəm. Gənclərin çox olması Azərbaycanı birləşdirməyə hesablanıb. Mənə gəlincə, uşaqlıqdan rəssam olmaq arzum olub. 6 yaşımdan başlamışam. Xanlar rayonunda doğulmuşam. Gəncədə - Nizami yurdunda böyümüşəm. Burada yaşadığımı müddətdə diasporun tədbirlərində iştirak etməyə çalışıram. Hər kim Azərbaycanı sevirsə, mədəniyyətini, mətbəxini, dilini hər zaman başqa yerlərdə də yaşatmalıdır. Uşaqlarımızı da bu istiqamtdə böyütməliyik”.

 

İsveç Azərbaycan Konqresinin sədri Emil Mirzəyev:

 

“Çox şadam ki, Radanın qurultayında iştirak edirəm. Buna sevinirik ki, Ukrayna diasporu bu yolu seçdi. Çox istərdik ki, digər ölkələrdə də belə qurultaylar baş tutsun. Fuad Muradov sədr təyin olunandan birlik yaradıb. İnsanları bir yerə toplaya bilir. Radanın yaradılması böyük Azərbaycan diasporunun nümunəsidir. Uğurlar arzulayırıq. 

Bizim təşkilat 2010-cu ildə yaradılıb. 2453 nəfər üzvümüz var. Əsas məsələ odur ki, lobbiçiliyi inkişaf etdirə bilək. Çalışırıq ki, Azərbaycanla bağlı olan tədbirlərdə çıxış edək”.

 

Albaniyanın Xarkovdakı fəxri konsulu Şahin Ömərov:

 

“Çox gözəl gündə Kiyevə toplaşmışıq. Tarixi gündür. Azərbaycanın Diaspor Komitəsinin sədri Kiyevdə səfərdədir. Belə addımlar dünyanın hər bir yerində yaşayan azərbaycanlılara stimuldur. Ona görə də bu qurultayı yüksək qiymətləndirirəm. 2013-cü ildən Albaniyanın Ukraynadakı fəxri konsuluyam. Albaniyanın Ukraynada heç bir diplomatik adamı yoxdur. 5 ildir fəxri konsulam. Xarkovdakı cəmiyyətin fəxri üzvüyəm. İctimai işlərdə çalışıram ki, aktiv olum”.

 

Lvov Azərbaycanlıları Diasporunun sədr müavini Kamaləddin Ağayev də qurultayın faydalı tərəflərindən söz açıb:

 

“Birləşmək həmişə önəmli olub. Ukraynada diaspor təşkilatlarımız çoxdur. Həmişə istəmişik ki, birgə fəaliyyət göstərsinlər. Birlik güc deməkdir. Düşünürəm ki, birgə fəaliyyətimiz hamımız üçün faydalı olacaq. Buna sevinirəm. Təşkilatımıza gəldikdə,  3 ildir ki, fəaliyyət göstəririk. Bazar günü məktəblərimiz var. Düşünürəm ki, bazar günü məktəbləri diaspor fəaliyyətinin önəmli hissələrindən biridir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00