Modern.az

İsa Qəmbərin müavini: “...Başqa çıxış yolumuz yoxdur”

İsa Qəmbərin müavini: “...Başqa çıxış yolumuz yoxdur”

Təhsil

6 Fevral 2012, 13:06

Tofiq Yaqublu: “Bakı Şəhər İcra Hakimiyyəti cavabı ləngitməklə qanunsuzluq edir”

Müsavat Partiyasının qurultayının keçiriləcəyi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) edilə müraciətə bu həftə cavab verəcək. Bu barədə Modern.az saytına Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu məlumat verib.

T.Yaqublu deyib ki, BŞİH-nin ictimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov həftə ərzində müracətə cavab verəcəyini bildirib: “Bu qanun pozuntusu olsa da, cavabı gözləməkdən başqa çıxış yolumuz yoxdur”.

Başqan müavini martın 3-4-də keçirilməsi planlaşdırılan qurultay üçün Əli Oyunları İdman Sarayının ayrılması ilə bağlı meriyadan rədd cavabı alacaqları halda adekvat addımlar atacaqlarını da istisna etməyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı