“Avropa-Avropa” teleserialının yaradıcı qrupu paytaxtımıza gələcək
Türkiyənin TRT1 telekanalında yayımlanan populyar “Avropa-Avropa” teleserialının yaradıcı qrupu aprelin 29-da Bakıya səfər edəcək. Bu barədə
Modern.az saytına TRT-nin Bakı bürosunun rəhbəri Yüksel Deyercan məlumat verib. Y.Deyercanın bildirdiyinə görə, səfər çərçivəsində “Avropa-Avropa” teleserialının bir bölümü Bakıda çəkiləcək: “Hətta burada çəkiləcək bölümdə Azərbaycanda tanınmış bir şəxs də rol alacaq. Ancaq hələlik o adamın kimliyini açıqlamaq istəmirəm”.
Modern.az