Modern.az

AXCP: “İctimai Palata “20 sahə”də mitinq keçirməkdən imtina etməyib”

AXCP: “İctimai Palata “20 sahə”də mitinq keçirməkdən imtina etməyib”

1 May 2012, 17:55

“İctimai Palata “20 sahə” adlanan yerdə mitinq keçirməkdən imtina etməyib”. Bu sözləri Modern.az –a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı KİV-də bununla bağlı yazıları şərh edərkən bildirib.  Onun sözlərinə görə, İctimai Palatanın son bəyanatı “20-ci sahə”dən imtina deyil:  

“Məsələ bu cür ifadə olunmayıb. Sadəcə olaraq “20-ci sahə”də hakimiyyətin yaratdığı maneələr üzundən aksiyaların keçirilməsindən imtina olunub. Bunun səbəbi hakimiyyətin yaratdığı maneələrdir”-deyə F.Qəhrəmanlı vurğulayıb. Onun sözlərinə görə,   İP-də   hakimiyyətlə danışıqlar aparmaq üçün qrup formalaşdırılıb.

  “Əgər növbəti aksiya ərəfəsində hər hansı maneələrin olmadığı barədə  hakimiyyət söz verərsə və eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) uyğun bir yer təşkil edəcəyi təqdirdə İP bu barədə müvafiq qərar qəbul edəcək”-deyən AXCP rəsmisi vurğulayıb.   İctimai Palatanın şəhər rəhbərliyinə unvanladığı müraciətə toxunan F.Qəhrəmanlı deyib ki, orada aksiya keçirmək üçün bir neçə yer təklif edilib.

“Əgər BŞİH yenidən “20-ci sahə”nin ərazisini təklif etsə və əvvəllər yaradılan maneələrin olmayacağı ilə  bağlı fikir bildirsə, o zaman həmin məsələyə ayrıca baxılacaq”-deyə AXCP rəsmisi bildirib.   

Mail Ağaxanov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!