Modern.az

Musa Yaqub olduğu kimi...

Musa Yaqub  olduğu kimi...

Mədəni̇yyət

10 May 2012, 09:41

Şair olsa da, həyat  fəaliyyətinə müəllimliklə başlayıb, yaradıcı mühitdə bəzi sahələrə də rəhbərlik etdiyi vaxtlar olub. Partiya-sovet dövründə plenum üzvü və rayon qəzetinin baş redaktoru kimi  həmişə rəyasət heyətində  oturub.  Hətta orada da  şeir yazmağı unutmayıb.  Ancaq harada olmasından və oturmasından, hansı vəzifə aparmasından asılı olmayaraq hər zaman vətəndaş olub, vətəninə, dövlətinə və qələminə sədaqətlə xidmət edib...

Söhbət  bu gün 75 illiyini qeyd etdiyimiz görkəmli şair, Söz Azadlığını Müdafiə Fondunun (SAMF) sədri Musa Yaqubdan getdiyini yəqin ki hiss etdiniz...

Mənim  Musa müəllimə  şair kimi  yaradıcılığına nə qiymət verməyə gücüm, nə sözüm, nə dəki qüdrətim çatar. Odur ki, belə məsliyyətin altına girmək fikrim belə yoxdur. Mən yalnız şəxsiyyət kimi görünməyən tərəflərini və ya mənim üçün nəzərə çarpan maraqlı məqamlara toxunmaq istərdim bu yazıyla.

Şairin al qırmızı çöhrəsində bu yazının heç olmasa təbəssüm yarada biləcəyimə inanıram.

On ilə yaxın bir müddətdə tanısam da, üç ildir çiyin-çiyinə çalışırıq Musa müəllimlə. Həmişə mülayimliyilə seçilsə də,  heç nəyin  və heç bir fikrin belə  gözündən yayınmadığını hiss etmişəm. Yaddaş sarıdan maşallah olsun yaxşıdır. İllər əvvəl baş vermiş hadisəni nöqtəsinə vergülünə kimi danışa bilər...

 Xarakterlərindəki , bəzən bizə çatmayan , qəribəliklər bütün yaradıcı adamlara xasdır. Bu məqam Musa müəllimdən də yan keçməyb... 

2005-ci ilin yanvarında  SAMF-la   AVCİYA- ı ilə birlikdə  BMM-in könhə binasında “20 Yanvar” hadisələrinə hüqüqi qiymət verilməsinə həsr olunmuş tədbir keçirir. Məclisi də mərhum yurnalist Məmməd  Nazimoğlu aparır.  O da  bir dərya idi, aramızdan çox tez getdi. (Allah ona rəhmət eləsin)...

Məclis başlayıb. Amma şair ləngiyib.  Tədbiri məcbur olub şairsiz başlamalı olurlar. 10 dəqiqə  keçir səs-soraq yoxdu şairdən. Nəhayət 20-ci dəqiqə tamam olmamış  Musa müəlim özünü yetirir.  Elə pilləkənlərdəcə  “ay bala burda söhbət nədən gedir, bu camaatı nəyə yığımısınız?” deyə üzünü mənə tutub soruşur. Məndə özüməməxsus şəkildə dayanmadan şairə məsələni qısa şəkildə anlatdım və qapını açıb məclisin baş tərəfinə ona yerinin saxlandığını dedim. Məclisə elə bil yeni bir nəfəs gəldi...

Şair yerində toxtamamış məclisdə söz alan AVCİYA- nin vitse-prezidenti Vəli Əlibəyov sözü SAMF-ın sədrinə  verdi. Bir anlıq şair susdu. Altmış nəfərlik zal gözünü şairə dikib, kameralarda şairə tuşlanıb. Belə məqamda özünü itirməyən şairə elə bil  ikinci nəfəsə verildi. Düz iyirmi beş dəqiqə “Qara yanvar faciəsindən, onun törədiyi fəsadlardan, hüquqi müstəvidə baxılmasından, hətta  ədəbi mühitdə bu mövzu ilə əlaqəli əsərlərin azlığından gileyləndi. Axırda özünün çöx möhtəşəm bir şeirindən bir parça səsləndirdi.

Məclis yekunlaşır və mən də  xoş ovqat yaratmaq üçün yaxınlaşıram şairə deyim ki, həqiqətən möhtəşəm çıxış alındı. Ancaq şair nə deyəcəyimi hiss etdiyindən astaca -Vuqar sən orda oturan Musaya təşəkkür et,- mən indi o deyiləm...

Belə  oxşar hadisələr çox olub. Hamımız fikirləşmişik ki,  saat yarımlıq tədbiri aparmağa şairin ğücü çatacaqmı, səhhəti  imkan verəcəkmi? Amma düşündüyümüzün əksinə olub. Səhnəyə çıxanda və ya əlində badə  sağlıq deyəndə belə  demək olar ki, dediyi sözlər bədahatən gəlib...

Musa müəllim müaliymliyi ilə seçilsə də, demək olar ədəbi mühitdə intriqalardan uzaq olsa da, onun xarakterinə xas olan bir neçə cəhət həmişə şairi digərlərindən fərqləndirib.

 Birincisi, sifarişli şeir yaza bilmir.  Deyim ki, bu faktın dəfələrlə şahidi olmuşam.  Ozünün dediyi kimi “yazi prosesi urəyimdə gedir.”  “Urəyimin qəbul etmədiyini prosesi  yazıya köçürə bilmirəm,”- deyir şair. - lap belə millyon manat versələr də belə”.

İkincisi, əyilməz adamdı Musa müəlim. Öz şərəfini nəyəsə satan deyil.

Üçüncüsü , dostları az olsa da, amma sədaqətlidir onlara qarşı. İndiyə kimi hər hansı dostunun itirmədiyini deyir  Musa müəllim. ..

Dördüncüsü,  Musa müəliimin əvəzsiz yol yoldaşlığı var. Onunla beş saat yol gedərsən hiss etməzsən. O qədər  duzlu məzəli əhvalatlar danışacaq ki, məcbursan maşını saxlayıb ancaq güləsən. Bu əhvalatlardan həqiqətən bir kitab yazmaq olar. Xurşudbanu Natəvanla Seyyid Əzim Şirvaninin deyişmələri, Qubernatorun Şamaxıya səfəri, şair  Qabilin motoskletdə Buynuza gəlişi, şairin rəyasət heyətində o vaxt İsmayıllıda prokuror işləyən  İsmət Qayıbovla yazışmaları, Qəşəm Aslanovla olan söhbətlər isə  ayrı bir aləmdir...

Şamaxıya səfərlərin birində böyük bir qəbahət edib özünə deməmiş  Musa müəllimlə  söhbətləri diktafona yazası oldum.  Artıq üstündən üç il keçib, indi etiraf edirəm ki, həqiqətən qəbahət etmişəm.  Bəlkə də etməməliydim. Yəqin zaman  özü məqamında  bu addımımın  düz olması barədə qərar verəcək...

Bu günlərdə  altı saatlıq səs yazısını bir də dinləməli oldum. Bir kitablıq material var yazılarda. Allah mənə möhlət versə, dinlədiklərimi,  növbəti ad gününə kimi yəqin onu maraqlı kitab halına salacağam.

SAMF kollektinin əməyi və  AVCIYA-nın prezidenti,  Şamaxının millət vəkili Elxan Süleymanovun maddi və mənəvi dəstəyi  ilə şairin 75 illik yubileyinə  “Dövrün dəyirmanı” kitabı işıq üzü gördü. Vətəndaş cəmiyyətinin  XALIQIN  ŞAIRINƏ verdiyi kiçik bir töhvədir. Şair isə  qiymətini zamanında alır. Musa Yaqubda bu qiyməti xalqından artıq alıb...    

Baxmayaraq ki, Musa müəllim  rəhmətlik anasına istinadən  “Düyü döyülən vaxtı” dünyaya gəldiyinin israrla deyir, amma rəsmən 10 may tarixi şəxsiyyət vəsiqəsində qeyd olunub.  Demək elə rəsmən də Şairin yubleyi düyü döyülən vaxtı yox, məhz indi may günlərində -qanın-qaynayan vaxtında,  gülün- çiçəyin daha təravətlu olduğu bir vaxtda qeyd edilməlidir.

ODUR KI, BIZ DƏ SİZİ İNDİ TƏBRİK EDİRİK MUSA MÜƏLİİM!

SİZƏ DƏRİN HÖRMƏT VƏ EHTİRAM HİSSİLƏ

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü