Modern.az

“Eurovision”a baxmağa gələn holland turist: “Plov, paxlava, bir də kabab.., əladır… ”

“Eurovision”a baxmağa gələn holland turist:  “Plov, paxlava, bir də kabab.., əladır… ”

Mədəni̇yyət

25 May 2012, 10:52


“Eurovision”müsabiqəsinə gələn turistlər ölkəmiz haqqında  müsbət fikirdədirlər..Demək olar ki, şəhərimiz, vətəndaşlarımızın  əcnəbilərə olan  xoş münasibəti onları valeh edib. Modern.az saytı  turistlərin ölkəmizlə bağlı təəssuratlarından ibarət kiçik müsahibəni oxuculara təqdim edir. Bu dəfəki müsahibimiz Niderlandda yaşayan və bir həftədən çoxdur  ki, Bakıda qonaq olan Patrikdir.

- Şəhərimizi bəyəndinizmi?

- Bəli, çox bəyəndim. Birinci dəfədir ki, burada oluram. Gözəl şəhəriniz var. Hələ insanlarınızı demirəm, çox mehribandırlar. Bizlərlə münasibət qurmağa, danışmağa çalışırlar. Bir həftədən çox olar ki,  burdayıq. Finalı da izləyəndən sonra vətənimizə qayıdacağıq.

- Bu müddətdə yalnız Bakıda oldunuz?

- Hə, ancaq Bakıda oldum. Digər yerlərə, regionlara da getmək istəyirdim. Amma imkan olmadı Bakını demək olar ki, gəzə bildim. Qız  Qalasında, İçərişəhərdə, Atəşgahda, Şəhidlər xiyabanında oldum.

- Bura gəlməmişdəm qabaq, Bakı haqqında nə bilirdiniz?

- Heç nə bilmirdim. Gəlməmişdən bir neçə gün əvvəl Bakı, ölkəniz haqqında internetdə axtarış etdim. Bakının harada yerləşdiyini, neft ilə məşhur olduğunu öyrəndim.

- Bizim mətbəxdən nələri xoşladınız?

- Plovunuz, paxlavanız çox dadlıdır. Hə, kababınıza da söz ola bilməz.

- Bəs “Bakı Kristal Zalı”nın görüntüsü necədir?

- Möhtəşəmdir. İlluminasiyası çox gözəldir.

- Bakıda insanlar xoşunuza gəldimi?

- Bəli, sizin doğurdan da, qəşəng qızlarınız var…

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı