25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Xiyaban sakinləri - II yazı
Xiyaban sakinləri - II yazı
07.07.2012, 12:28

II Fəxri Xiyabanı ziyarət edərkən Azərbaycanın ictimai, siyasi, sosial həyatında imzaları olan bu şəxslərin mərmər və qranit daşlara həkk edilmiş soyuq baxışlarını üzərimdən heç cürə yayındıra bilmədikdə həyat və ölüm arasında qısa bir dialoqun iştirakçısına çevrildim. Yadıma bir məsəl düşdü: “Biri var ki, öləndə desinlər: “öldü getdi”, biri də var ki, desinlər: “öldü, eldən getdi”. Bəzi Xiyaban sakinlərinin adını oxuyub da xatırlamadıqda isə qərara gəldim ki, bu yazını hazırlayıb oxucularımızla bölüşüm. Dünyasını dəyişənləri bir daha xatırladaq.   

  “Qutablar” tablosunun müəllifi


Elmira Həbibulla qızı Şahtaxtinskaya – əməkdar incəsənət xadimi, xalq rəssamı. 25 oktyabr 1930-cu ildə Bakıda anadan olub. Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və V. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Plakat, dəzgah rəsmləri və akvarellərin müəllifidir. XX əsrin 70-ci illərində “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin (Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Səfiəddin Urməvi, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və b.) portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən “Çexoslovakiyada” (1957), “Sosialist Bakısı” seriyası (1958-59), “Bolqarıstanda” (1963), “Qutablar” (1963) və “Novruz bayramı” (1970) tablolarını yaradıb. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirib. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat edib.  

Kimya fənninin respublikada ilk dəfə tədris edən  


Həbibulla bəy Şahtaxtinski. Kimya elmləri doktoru, professor, AMEA-nın akademiki, əməkdar elm xadimi. O Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərbaycan Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirib. Respublikanın ali məktəblərində dərs deyib. 1959-86 illərdə AMEA-nın Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri olub. Şahtaxtinski analitik kimya elmində yeni səhifə açan ”Yodometriyanın arsenat metodu” mövzusunda geniş elmi tədqiqatlar apararaq bir çox elementlərin analitik təyini üçün yeni arsenat-yodometrik üsul verib. Azərbaycanın faydalı qazıntı sərvətlərindən alunitin, dəmir filizinin, titanlı dəniz qumunun, tərkibində faydalı komponentlər olan polimetal filizlərin kompleks emalı üçün orijinal texnoloji sxemlər işləyib hazırlayıb. Bunların birinin laboratoriya qurğularında və yarımsənaye miqyasında sınaqdan keçirilməsinə nail olub. Şahtaxtinskinin rəhbərliyi ilə metallurgiya zavodlarının tullantı qazlarından konversiya olunmuş təbii qazla elementar kükürdün alınması üzrə iş başa çatdırılıb və istehsalata tətbiq olunması tövsiyə edilib. Onun 1937 ildə çapdan çıxmış ”Miqdari kimyəvi analiz“ dərsliyi sonralar (1953) da nəşr olunmuş və bu günədək ali məktəb tələbə və müəllimlərinin istifadə etdiyi ən qiymətli vəsaitdir. O, 7 monoqrafiya və dərsliyin, 380-dən çox məqalə və digər elmi əsərin müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidməti var. Oktyabr İnqilabı ordeni ilə təltif edilib. 22 sentyabr 1986-cı ildə vəfat edib.

 Azərbaycan dilçiliyinin yenilikçi alimi 


Əbdüləzəl Dəmirçizadə. 1909-cu ildə Şəkidə anadan olub. Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. O, 1929-cu ildə Bakı şəhərinə gəlib və ADU pedaqoji fakultəsinə daxil olub. Burada B. Çobanzadə, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, A. Şaiq kimi görkəmli alim və yazıçılardan dərs alıb. 1936-cı ildə “Türk dili” adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra, yəni 1938-ci ildə “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci kitabı işıq üzü görüb. 1940-cı ildə Ə. Dəmirçizadəyə filologiya elmləri namizədi alimlik dərəcəsi verilib. 1943-cü ildən ömrünün sonuna qədər isə APİ-də Azərbaycan dilçiliyi kafedralarına rəhbərlik edib. Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunub. Bu əsərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılıb. Azərbaycan dilinin qrammatikası, sintaktik quruluşu, tarixi və s. sahələri əhatə edən Azərbaycan dilçilik elminin bazisi hesab ediləcək onlarla kitab və əsərin müəllifidir. Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə vəfat edib.

Ömrünü quyularda keçirib səmada həlak oldu


Qaraş İbrahim oğlu Əmirov. 26 sentyabr 1926-cı ildə anadan olub. Əmək fəaliyyətinə Bibiheybət rayonunun qazma kontorunda qazmaçı köməkçisi vəzifəsində işləməklə başlayıb. Faşist Almaniyasının üzərində qələbədən sonra neft sənayesini dirçəltmək, hasilatı artırmaq lazım idi. Azərbaycanın Neft Sənayesi naziri Süleyman Vəzirov bu məqsədlə respublikanın Şirvan zonasında kəşfiyyat quyuları qazmaq üçün nazirliyin ən bacarıqlı geoloqlarını və neft ustalarını bu işə cəlb etdi. Qaraş Əmirov respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. O, VI-VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, partiya qurultaylarının nümayəndəsi olub. Çox dərin quyuların sürətlə qazılmasında və yeni yataqların kəşfində qazandığı müvəffəqiyyətlərə görə 1963-cü ildə o, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. 1971-ci ildə ona “Azərbaycan neft ustası” fəxri adı verilib. Qaraş Əmirov 1973-cü ilin mart ayının 22-də xidməti vəzifəsini yerinə yetirərkən vertalyot qəzasında həlak olub.

 

Molla etmək istədilər aktyor oldu

 

Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur aktyorlarından biridir. Sənani onun təxəllüsüdür. Əsl familiyası Cəfərovdur. Möhsün Sənani Cəfərov 19 iyun 1900-cü ildə Tiflisin Şeytanbazar məhəlləsində ruhani ailəsində anadan olub. O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. Səhnəyə marağı olan Sənani 1911-ci ildə birinci dəfə geniş izdiham qarşısına çıxır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli povestlərdə sınamağa başlayır. Möhsünün ilk rejissoru “Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru” Mirzəxan Quliyev olub. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər. 1915-ci ildə M. Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M. Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri qeyd etmək kifayətdir. Aktyor 11 fevral 1981-ci ildə Gürcüstanda vəfat edib.  

İlk peşəkar rəssam

 

Qəzənfər Xalıqov 1898-ci ildə anadan olub. Azәrbaycan Dövlәt Rәssamlıq Texnikumunda təhsil alıb. “Molla Nəsrəddin” jurnalında karikaturaçı kimi çalışıb. Xalıqov həmçinin teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərib. Xalq rəssamıdır (1973). Abşeron rayonunun Qobu qəsəbəsində Q. Xalıqovun şərəfinə orta məktəb və küçəyə onun adı verilib. 1981-ci ildə vəfat edib.  

Elçin Ağayev


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu
24.03.2019, 23:40

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü
24.03.2019, 23:23

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Rusiya Qazaxıstana şans vermədi
24.03.2019, 23:01

Rusiya Qazaxıstana şans vermədi

NATO baş katibi  Gürcüstanda
24.03.2019, 22:44

NATO baş katibi  Gürcüstanda

Goranboyda azyaşlının üstünə qaynar su töküldü
24.03.2019, 22:20

Goranboyda azyaşlının üstünə qaynar su töküldü

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü
24.03.2019, 22:03

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri
24.03.2019, 21:37

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24.03.2019, 21:15

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov
24.03.2019, 21:01

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24.03.2019, 20:46

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO
24.03.2019, 20:34

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO

Bakıda dənizdə batan şəxs xilas edildi
24.03.2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edildi

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019, 20:02

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı

Gözlər yoldan yığılarmı... - XII YAZI   
24.03.2019, 19:47

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Millimizin baş məşqçisi: “Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”   
24.03.2019, 19:31

Millimizin baş məşqçisi:Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  
24.03.2019, 19:19

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ   
24.03.2019, 19:03

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   
24.03.2019, 18:54

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mir Şahinin 1 yaşlı “Real”ı
24.03.2019, 17:27

Mir Şahinin 1 yaşlı “Real”ı

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər
24.03.2019, 17:25

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir
24.03.2019, 17:09

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019, 17:02

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar
24.03.2019, 16:06

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT
24.03.2019, 15:44

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ
24.03.2019, 15:38

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı
24.03.2019, 15:35

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi
24.03.2019, 15:22

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi

Almaniyalı alim: “Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb”
24.03.2019, 14:47

Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Nazarbayev yenidən prezident ola bilər
24.03.2019, 14:36

Nazarbayev yenidən prezident ola bilər

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib
24.03.2019, 14:30

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."
24.03.2019, 14:19

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var
24.03.2019, 13:47

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM   
24.03.2019, 10:05

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM  

İndoneziyada 6 bal gücündə zəlzələ
24.03.2019, 09:55

İndoneziyada 6 bal gücündə zəlzələ

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb
24.03.2019, 09:50

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır
24.03.2019, 09:42

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR
24.03.2019, 09:29

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR

ARXİV