Modern.az

Hüseyn Dərya: “Sonanın ölümü barədə xəbər mənim zarafatımdır”

Hüseyn Dərya: “Sonanın ölümü barədə xəbər mənim zarafatımdır”

Mədəni̇yyət

16 Avqust 2012, 12:16

Bu gün Reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradovanın avtomobil qəzasında həlak olması barədə məlumatlar internet mətbuatında öz əksini tapdı. Bu xəbəri isə mətbuata elə Hüseyn Dəryanın özü vermişdi. Bundan sonra Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova öz ölümü barədə xəbəri təkzib edib.

Bütün bunlar barədə Modern.az-a danışan Hüseyn Dərya ölüm xəbəri ilə bağlı məlumatın jurnalist uydurması olduğunu qeyd edib.
“Mən yalan deməmişəm. Məndən müsahibə alan qız onun rəfiqəsidir. Mən sadəcə zarafat üçün dedim. Mən demədim ki, bunu xəbər kimi mətbuatda yaysın. Həm də bilmədim ki, bunu informasiya kimi sayta verəcəklər. Fikirləşdim ki, onun rəfiqəsidir və zarafat elədim. Adətən mən onun rəfiqəsinə deyirəm, o da mənim dediklərimi Sonaya çatdırır. Jurnalist məndən soruşdu ki, Sona neynir, məndə dedim ki, ölüb. Demədim ki, sabah üçüdür, ya yeddisidir”.

 

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü