Modern.az

İlhamə Quliyeva doğum günündəki istəyini açıqladı - “İstəyirəm ki...” - MÜSAHİBƏ

İlhamə Quliyeva doğum günündəki istəyini açıqladı - “İstəyirəm ki...” - MÜSAHİBƏ

Mədəni̇yyət

17 Avqust 2012, 12:10

Bu gün Xalq artisti İlhamə Quliyevanın doğum günüdür. 64 yaşını qeyd edən müğənni Modern.az-ın oxucularına bunları dedi:

– Doğum günümü bu gün ailədaxili, öz ailəmdə qeyd edəcəyəm. Ramazan bayramından sonra böyük tədbir keçirmək fikrim var. Sabah 4 saatlıq çəkiliş olacaq, birisi gün isə xarici ölkəyə gedəcəyəm. Oradan qayıtdıqdan sonra isə yəqin ki, böyük bir tədbir olacaq. Həmkarlarım da yanımda olacaq, elə yaxınlarım da. Ramazan bayramından sonra isə bu haqda düşünəcəyik ki, necə və harada qeyd edək.

– İlk təbrik kimdən gəldi?

– İlk təbriki prodüserim Lamiyə xanımdan aldım. Daha sonra isə həmkarlarım və yaxınlarım.

– Sizcə, ən yaxşı hədiyyə nədir?

– Təbii ki, gül. Gülləri çox sevirəm.

– Doğum gününüzdə yanınızda olmasını istədiyiniz insan kimdir?

– Kimi istəyirəmsə, hamısı yanımdadır. Amma rəhmətlik anamın, Tükəzban xanımın yanımda olmağını istəyərdim. Çünki o, ən çox sevdiyim insan idi.

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı