Modern.az

Bülənt Ərsoy azərbaycanlı jurnalistin üstünə qışqırdı

Bülənt Ərsoy azərbaycanlı jurnalistin üstünə qışqırdı

Mədəni̇yyət

17 Sentyabr 2012, 10:56

Müğənni nümayişkaranə şəkildə Bakıya salam göndərməkdən imtina etdi

Türkiyənin tanınmış müğənnisi Bülənt Ərsoy azərbaycanlı müxbirə qarşı hörmətsizlik edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Ataköy Nossa Costada səhnəyə çıxan Bülent Ərsoy proqram öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Konfrans əsnasında Azərbaycanın “Xəzər” telekanalının əməkdaşının ona ünvanladığı suala cavab verməkdən yayınan Bülənt Ərsoyu müxbirə qarşı hörmətsizlik edərək, onun üstünə qışqırıb. Qeyd edək ki, “Xəzər” TV-nin əməkdaşının “siz Azərbaycana salam göndərə bilərmisiniz” sualına Ərsoy sərt cavab verib:  “Kimə salam deyəcəyimi səndən soruşacam? Sən kimsən ki mənə belə yersiz sual verirsən?”.

Qeyd edək ki, bir neçə il öncə Ərsoyun Bakıda konserti zamanı qalmaqal yaşanmışdı.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı