Modern.az

Azərbaycanın xalq artistləri Filip Kirkorovun Bakıya gəlişinə etiraz eləmir

Azərbaycanın xalq artistləri Filip Kirkorovun Bakıya gəlişinə etiraz eləmir

Mədəni̇yyət

29 Sentyabr 2012, 14:55

Rusiyanın xalq artisti Filip Kirkorov noyabrın 9-da Bakıda konsert verəcək. Bir sıra insanlar erməni əsilli müğənninin xüsusi ilə Dövlət Bayrağı günündə Azərbaycana gətirilməsinə etiraz edirlər.

Modern.az-a açıqlamasında xalq artisti Flora Kərimova rusiyalı müğənninin Azərbaycana gətirilməsini müsbət hal kimi qiymətləndirir.

“Flip Kirkorov Türkiyəyə gedib, türk bayrağına sarılıb, türk mahnısı oxuyub. Onun ulu babası erməni olub, amma atası bolqardır, anası haqqında isə məlumatım yoxdur. Bir də ki millət damğa deyil, düşmən damğadır. İki şeyi bir-birinə qarışdırıb Azərbaycana bəla gətirməməliyik ki, sabah da onların əlində bir bayraq olsun ki, bax filankəs filan şeyi etdi. Biz onda necə yaşayaq, Qarabağı necə qaytaraq?! Biz onların əlinə bu fürsəti verməməliyik. Təəssüf ki, millət olaraq o düşməni yadımızdan çıxardırdıq”. F.Kərimova bildirib ki, Filip Kirkorova qarşı çıxmaq onun milyonlarca seyrçisini üstümüzə qaldırmaq deməkdir.

Xalq artisti Aygün Bayramova da Kirkorovun Azərbaycana gəlməsinə pis münasibət bəsləmir.

“Onu yaxşı araşdırmaq lazımdır, bəlkə də heç erməni deyil. Mən bilmirəm onun nənəsi ermənidir və ya babası. Bu məsələyə birmənalı yanaşmaq olmaz. O, gözəl ifaçıdır, müğənnidir, gözəl də mahnıları var. Kirkorovun Azərbaycana gəlməsinə münasibətim pis deyil. Gəlir, gəlsin də”.

Cazmen Cavan Zeynallı isə Filip Kirkorovu çox dinləməsə də, məsələyə bitərəf qaldığını dedi.

Şahanə Rəhimli
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü