Modern.az

Gülər Əhmədova prokurorluqda dindirildi

Gülər Əhmədova prokurorluqda dindirildi

Ölkə

9 Oktyabr 2012, 17:49

Milli Məclisin keçmiş üzvü Gülər Əhmədova 1 milyonluq rüşvət qalmaqalından bəhs edən məlum videomaterialla bağlı Bakı şəhər Prokurorluğunda dindirilib. Modern.az saytının bu barədəki sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.
O, bildirib ki, Gülər Əhmədova bu gün – oktyabrın 9-da Bakı şəhər Prokurorluğunda şahid qismində dindirilib.

Qeyd edək ki, 34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilmiş G.Əhmədova məlum video qalmaqalı ilə bağlı mandatdan imtina etməsi üçün Milli Məclisə müraciət etmişdi. MSK onun müraciətinə baxaraq deputatı mandatdan məhrum edib.

Respublika Prokurorluğu deputat Gülər Əhmədova ilə bağlı yayılmış videoqalmaqal barədə rəsmi açıqlamasında bildirib ki, audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü