Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Ölkə

16 Fevral 2010, 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Cənub-qərb, qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək, günün ikinci yarısında şimal-qərb küləyi 10-15 m/s olacaq, axşama doğru 18-23 m/s təşkil edəcək, arabir 25-27 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, günün birinci yarısında 10-15 dərəcə isti, axşama doğru 6-8 dərəcə isti təşkil edəcək.
Fevralın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, gecə arabir 23-25 m/s-dək güclənəcək, günün ikinci yarısında şimal-şərq küləyinin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturu gecə -3 dərəcə isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Fevralın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 8-13 m/s olacaq, gündüz cənub-qərb küləyinin sürəti 9-14 m/s təşkil edəcək, arabir 16 m/s-dək artacaq.
Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb, qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz birinci yarısında 6-10 isti, ikinci yarısında 3-5 dərəcə isti təşkil edəcək.

17-18 fevralda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, fevralın 18-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti təşkil edəcək.

Fevralın 15-16-da cənub-qərb, qərb küləyinin 18-23 m/s olacağı, arabir 25-30 m/s-dək güclənəcəyi, fevralın 16-sı günün ikinci yarısından 17-si gündüzədək şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin sürətinin 15-20 m/s təşkil edəcəyi, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir. Tibbi-meteoroloji proqnoz fevralın 15-16-da Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin aşağı enməsi, 16-da günün ikinci yarısından isə yenidən kəskin yüksəlməsi gözlənilir ki, bu da meteohəssas insanlarda nisbətən narahatlıq hissi yarada bilər.  

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü