Modern.az

Ucqar kəndlərə işləməyə gedən gənc həkimlərə kompensasiya veriləcək

Ucqar kəndlərə işləməyə gedən gənc həkimlərə kompensasiya veriləcək

23 Fevral 2010, 14:48

Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin məlumatına görə, hazırda bütün tibb müəssisələrində işə qəbul və işdən azad edilmə üzrə komissiyalar fəaliyyət göstərir. İndi səhiyyə ocaqlarında işə qəbul yalnız mətbuatda elan verməklə, müsabiqə əsasında, Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyi bildirlir.

Modern.az xəbər verir ki, Kadrlar, elm və təhsil şöbəsinin məlumatına görə, ötən il dövlət tibb müəssisələrinə 298 həkim və 500-ə yaxın orta tibb işçisi işə qəbul edilib. Regionlarda kadr çatışmazlığının aradan qaldırılması, gənc mütəxəssislərin işlə təmin edilməsi məqsədi ilə ATU-nun 2009-cu il məzunlarının 84,7%-i təyinatla, bilavasitə vakant yerlərə əsasən, bölgələrdəki tibb müəssisələrinə işə göndərilib. Kənd tibb müəssisələrinə kadrların cəlb olunması, tibbi kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə Səhiyyə Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti ötən il müvafiq qərar verib. Qərara əsasən, dövlət ali və orta ixtisas məktəblərini tibbi ixtisaslar üzrə bitirən, əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə kommunal xərcləri ödəmək üçün əlavə kompensasiyalar verilməsi, yerli icra hakimiyyəti orqanlarının onlar üçün lazımi mənzil-məişət şəraiti yaratması, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılması və kreditlərin verilməsi nəzərdə tutulur. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü