Modern.az

Sumqayıtda qətl törədən cinayətkarın fotorobotu hazırlanıb

Sumqayıtda qətl törədən cinayətkarın fotorobotu hazırlanıb

Ölkə

23 Fevral 2010, 19:12

Sumqayıtda valyutadəyişmə məntəqəsində işləyən ata və oğula silahlı hücum edənlərin fotorobotu hazırlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, fevralın 20-də səhər saat 07:30 radələrində 1-ci mikrorayonda yerləşən bina 13/11-in qarşısında həmin binanın sakinləri ata və oğul İsmayıl və Vüqar Balayevlər iş yerinə gedərkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən şəxsin iki nəfər olduğu ehtimal edilir. Həmin şəxslərin kimliyi hələlik məlum deyil. Əməliyyat axtarış tədbirləri davam etdirilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü