Modern.az

DTK Azərbaycan əsilli aktrisanın baş rolda oynamasına niyə göz yummuşdu?

DTK Azərbaycan əsilli aktrisanın baş rolda oynamasına niyə göz yummuşdu?

Mədəni̇yyət

16 May 2013, 09:53

Hamıya məlumdur ki, keçmiş Sovetlər İttifaqında xüsusilə azərbaycanlılara nəinki türk filmləri, hətta Türkiyənin adını çəkmək belə, yasaq olunmuşdu. Lakin qəribə odur ki, bu yaxınlarda mən bu məsələyə sübhə etməyə məcbur oldum. Buna səbəb isə bir müddət öncə izlədiyim “Məhəbbətim mənim, kədərim mənim” filmi oldu. Film, “Mosfilm”in sifarişi ilə 1978-ci ildə Türkiyə ilə müştərək çəkilib.
Filmin rejissoru həmyerlimiz Əjdər İbrahimov, prodüseri Duru soyadlı iki şəxsdir. Ən qəribəsi də odur ki, filmdə SSRİ-nin və Türkiyənin o zamanlar üçün ən parlaq aktorları yer alıb. Rollardan birində görkəmli aktyorumuz Adil İsgəndərov oynayır. Qeyd edtdiyimiz kimi filmin çəkilişlərinə rəhbərliyi həmyerlimiz Əjdər İbrahimov edib.

Bu film Nazim Hikmətin “Fərhad və Şirin” əsərinin motivləri əsasında çəkilib. Nazim Hikmət türk posmodernist janrının ən parlaq nümayəndəsi olmaqla yanaşı, əqidəsinə görə Türkiyədən qovulmuşdu. Və bu günə kimi də onun öz ölkəsində tam bəraət almamasına baxmayaraq, məhz onun əsərinin motivləri əsasında 1978-ci ildə sözügedən film ərsəyə gəlir.

70-ci illərdə Türkiyə ən agır günlərini yaşayırdı, ölkədə baş verən neqativ hadisələr, hərbi çevriliş belə, bu filmin çəkilməsinə mane ola bilməyib. SSRİ-ni götürəndə isə o zaman Dövlət Təhlükəsizlik Komitəsi orqanlarında çoxlu sayda erməni əsilli zabitlərin yer almasına baxmayaraq, “Esqim mənim, kədərim mənim” filmi maneəsiz olaraq Türkiyə ilə müştərək çəkilib. Əlbəttə, bu məsələlər bir jurnalist kimi məni narahat etməyə biməzdi.

Və nəhayət filmin bas rolunda türk dünyasının ən məşhur siması Türkan Şorayın çəkilməsi də çox maraqlı faktlardan biridir. Şübhəsiz ki, o zaman DTK orqanları Türkan Şorayın kim olduğunu yaxşı bilirdi və istisna deyil ki, sovet xüsusi xidmət orqanlarının əlində onun dosyesi vardı. Türkan Şorayın isə Azərbaycan əsilli olması çoxlarımıza məlumdur. Amma qaəribədir ki, DTK buna da göz yummuşdu, axı o zamanlar bu məsələ haqqında danışmaq belə, cinayət sayılırdı.

Filmə gələndə isə bu ekran əsəri proffesional nöqteyi-nəzərdən çox uğurlu alındı, həm operator işi, həm musiqi, həm aktyor oyunu və s. Həmyerlimiz Əjdər İbrahimov bu işin öhdəsindən məharətlə gələ bildi.

Təəssüflər olsun ki, bəhs etdiyimiz film bizim teleməkanda nümayiş olunmur, əksər azərbaycanlılar onun haqqında demək olar ki, məlumatsızdırlar, məncə bu məsələyə ciddi yanaşmaq lazımdır. Əsl sənət nümunələrimizi üzə cixarıb, xalqımıza tanıtmalıyıq.

Günəş Fərhadlı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı