Modern.az

Azərbaycan XI Türkçə olimpiadlarında təmsil olunub

Azərbaycan XI Türkçə olimpiadlarında təmsil olunub

Mədəni̇yyət

26 May 2013, 17:58

Türkiyədə İzmir Fuar Mərkəzində 140 ölkənin iştirak etdiyi XI Türkçə olimpiadları proqramı çərçivəsində sərgi təşkil olunub.
Modern.az-ın  əməkdaşının verdiyi xəbərə görə, sərgidə müxtəlif ölkələrin mədəniyyətinə aid stendlər öz əksini tapıb. Sərgidə ən böyük və diqqəti cəlb edən  stend isə Azərbaycana məxsusdur. Stenddə Azərbaycanın mədəniyyət irsini əks etdirən İçərişəhər, Qız qalası, Nizami Gəncəvi, Möminə Xatun türbəsi, Qoşa Qala qapısının maketləri sərgi iştirakçılarına nümayiş olunub. Eyni zamanda Azərbaycanın incəsənət nümunələri, mətbəxi, milli geyimləri, tarixi əşyaları, musiqi alətləri sərgini seyr etməyə gələn insanların geniş marağına səbəb olub. 
Üç gün ərzində baş tutacaq stenddə seyrçilərə Azərbaycan mətbəxinin şirniyyatlarından 20 min ədəd şəkərbura, paxlava, 50 min ədəd qoz və digər mürəbbələr paylanacaq.
Stenddə Avopa, Asiya, Amerika, türk dövlətlərinin –ayrı-ayı stendləri göz oxşayıb.  Sərgi mərkəzini görməyə çox sayda insan kütləsi qatılıb   Türkçə olimpiadaların final mərhələsi çərvisəsində Azərbaycanı bu yarışmada təmsil edən iştirakçıların konserti baş tutub. Konsert İzmir kültür parkındakı Atatürk amfiteatr səhnəsində keçirilib. Finalın bir addımlığında olan seçilmiş iştirakçılar mahnı, şeir, rəqs nömrələri ilə çıxış ediblər.
Azərbaycanı təmsil edən iştirakçıları izləməyə çox sayda İzmir əhalisi gəlib. Çıxış edən ifaçıların məharəti, istedadı tamaşaçıların böyük marağına səbəb olub və sürəkli alqışlarla müşayiət olunub.  
Konsertdə Azərbaycan tərəfindən 500-ə yaxın nümayəndə və çox sayda jurnalist heyəti iştirak edib. 
Eyni zamanda tədbirə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri, “Çağ öyrətim işlətmələri” çirkətindən Mesut Kurnaz və bir sıra rəsmi şəxslər qatılıb.  
Konsert tamaşaçılarına Azərbaycan bayrağı, Azərbaycan sözü yazılmış şarlar, şəkilli yelpazalar, tanıtım açıqcaları paylanıb.




Pərvin Arzuqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı