Modern.az

Pekində “kitayski “Arşın mal alan””: Əsgəri oynayan Li Vuan - VİDEO

Pekində “kitayski “Arşın mal alan””: Əsgəri oynayan Li Vuan - VİDEO

İqtisadiyyat

7 Avqust 2013, 19:28


İnternetdə ölməz bəstəkar Üzeyir Hacıbəyovun  70-ci illərdə Çin Xalq Respublikasının opera teatrında tamaşaya qoyulmuş məşhur “Arşın mal alan” operasından parçalar yerləşdirlirb. Modern.az bildirir ki, Çin dilində ifa olunan ariyaları çinli opera ifaçıları oxuyur. Tamaşa 1973-cü ildə Çinin Mərkəzi Təcrübə Opera Teatrında tamaşaya qoyulub və  böyük uğur qazanıb. Pekində və digər şəhərlərdə opera 30  dəfə oynanılıb.

Teatrın direktoru Vu Qanq səs yazısnda deyir ki, Hacıbəyovun xalq müsqiqisi yanrında yazdığı bu əsər tamaşaçılara böyük zövq verib. Çinli aktyorlar böyük şövqlə əsəri ifa ediblər.

Tamaşa o zaman Moskva Böyük Musiqi Teatrının köməyi ilə hazırlanıb.

Təqdim olunan səs yazısında “Əsgərin ariyasını” Çinli opera ifaçıları Li Vuan-Si və Lo –Sin Su oxuyur.

 



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü