Modern.az

Kamal Abdulla qəzəbləndi

Kamal Abdulla qəzəbləndi

Ədəbi̇yyat

16 Sentyabr 2013, 12:29

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov  141-ci teatr mövsümünə həsr olunan qalmaqallı açıqlamalarında təhsil nazirindən tutmuş, dramaturq və aktyorlara kimi bir çoxlarının bostanına daş atdı. İttiham olunan şəxslərdən biri də Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulladır.

İsrafil İsrafilov “Kamal Abdullanın tamaşasına gələn imkanlı təbəqə onu incitməmək, sözünü yerə salmamaq üçün gəlir” deyimi Kamal Abdullaya əvvəlcə inandırıcı gəlmədi. Modern.az-a verdiyi ilk açıqlamada o bildirdi ki, İsrafil İsrafilovun onun barəsində belə söz işlətməsinə inanmır.
“Bu sözləri İsrafil İsrafilov deyib? Ola bilməz ki, İsrafil İsrafilov mənim barəmdə belə söz desin. Heç cür inanmıram”.

Bundan sonra İ. İsrafilovun açıqlaması ilə şəxsən tanış olmaq və azacıq möhlət istəyən Kamal Abdullanın Modern.az-a ikinci açıqlaması əsəbi tonda olub: “Heç bir şərh verməyəcəm!”

Gültəkin ƏLƏSGƏR   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü