Modern.az

Prezidentliyə namizədlərin AİLƏLƏRİ - Cəmil Həsənli: dörd övlad və beş nəvə - FOTOLAR

Prezidentliyə namizədlərin AİLƏLƏRİ - Cəmil Həsənli: dörd övlad və beş nəvə - FOTOLAR

Ölkə

21 Sentyabr 2013, 11:24

Seçki atmosferində prezidentliyə namizədlərin hər biri proqramları, şüarları, çıxışları, görüşləri və s. ilə seçicilərin diqqət mərkəzindədir. Lakin gələcək prezidenti seçəcək vətəndaşları konkret fəaliyyətlə bərabər, həm də namizədlərin şəxsi həyatı maraqlandırır.

Modern.az prezidentliyə namizəd olan şəxslərin hər birinin ailəsi barədə oxucuları məlumatlandıracaq.

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd şəxslərdən biri Cəmil Həsənlidir. Həsənli Cəmil Poladxan oğlu 1952-ci il yanvarın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 1970-ci ildə Cəlilabad rayonunun Alar kəndində orta məktəbi və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1992-ci ildən tarix elmləri doktoru elmi dərəcəsi alıb, 1993-cü ildən BDU-nun professorudur.

Universiteti bitirəndən sonra 1977-ci ildə xanımı Fatma Həsənli ilə ailə həyatı qurub. Ailənin ilk övladı Vüqar Həsənli 1980-ci ilin aprelin 8-də dünyaya gəlib. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Yasamal rayon Məhkəməsində çalışıb. Burada həyat yoldaşı Aygün xanımla tanış olan Vüqarın 2006-cı il mayın 21-də Ayan adlı qızı anadan olub. Lakin bir ildən sonra Vüqar Həsənli avtomobil qəzasında həyatla vidalaşıb.

Cəmil Həsənlinin qızı Günel Həsənli Bakıda ailə həyatı qurub və burada yaşayır. Digər qızının isə milliyətcə ingilis olan Böyük Britaniya vətəndaşına ərə getdiyi və hazırda Rusiyada yaşadığı bildirilir.

Prezidentliyə namizədin digər oğlu isə Amerikada təhsil alıb və orada da yaşayır.

Dörd övlad atası olan Cəmil Həsənlinin beş nəvəsi var. Özünün dediyinə görə, onun həyat fəlsəfəsində “Ailə – Vətənə sevginin mənbəyidir”, “Möhkəm ailə – güclü dövlətin mənəvi təminatıdır” devizi geniş yer alır.

















Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü