Modern.az

Neftimiz qanımızdır

Neftimiz qanımızdır

Mədəni̇yyət

28 Sentyabr 2013, 10:05

Aydın Dadaşov

Qo­ri se­mi­na­ri­ya­sı­nın mə­zu­nu olub, müəl­lim­lik fəa­liy­yə­ti ilə ya­na­şı «Mək­təb» jur­na­lın­da he­ka­yə­lər dərc et­dir­miş İb­ra­him­bəy Mu­sa­bə­yo­vun (1880-1942) döv­rün sen­sa­si­ya­lı hadi­sələrini əks et­di­rən, janr eti­ba­ri­lə me­lod­ra­ma olan «Neft və mil­yon­lar səl­tə­nə­tin­də» po­ves­ti əsa­sın­da Bel­çi­ka­lı Pi­ro­ne qar­daş­la­rı­nın ma­liy­yə­si ilə Ba­kı­da «Fil­ma» səhmdar cə­miy­yə­tin­də is­teh­sal olu­nan, Peterburqlu re­jis­sor Bo­ris Svet­lov qu­ru­luş ver­di­yi (sse­na­ri müəl­li­fi A.D.Pa­no­va-Pot­yom­ki­na,1916) ey­niad­lı film mil­li bə­dii-oyun ki­no­mu­zun əsa­sı­nı qoy­du. Mil­yon­çu Lüt­fə­li bəy (Hü­seyn Ərəblinski), yox­sul Cə­lil (V.A.Le­nin) və onun ar­va­dı Şə­fi­qə (K.M.Piontkovskaya),  dra­ma­tur­ji üç­bu­ca­ğın əha­tə­sin­də həll olu­nan ha­di­sə­lə­rin di­na­mik in­ki­şa­fı əs­rin əv­və­lin­də­ki real mü­hit­də cə­rə­yan edir.

Ka­sıb qon­şu­su Cə­li­lin hə­yə­tin­də qaz­dır­dı­ğı neft qu­yu­su­nun fon­tan vur­duq­dan son­ra Lüt­fə­li bə­yin onun gö­zəl ar­va­dı Şə­fi­qə­yə vu­ru­la­raq əri­nə tə­lə qur­ma­sı jan­rın tə­lə­bi­ni doğ­rul­dur. Bir­lik­də Av­ro­pa sə­ya­hə­ti­nə çıx­dı­ğı sirk aktrisasının pul­lan­mış Cə­li­li müf­lis edə­rək əy­ya­şa çe­vir­mə­si, Lüt­fəli bə­yin isə onun mədənlərinə, mül­kü­nə sa­hib ol­ma­sı zid­diy­yət qar­şı­dur­ma­sı­nı kəs­kin­ləş­di­rir. Və Şəfi­qənin onun­la ev­lən­mək fik­ri­nə dü­şən Lüt­fə­li bə­yi öl­dürməsi ilə ti­pik me­lod­ra­ma üç­bu­ca­ğı qa­pa­nır. Be­lə­lik­lə Edqar Ar­nol­di­nin yaz­dı­ğı: «Melo­drama ob­raz­la­rın sxe­ma­tik­li­yi, dai­mi per­so­naj­la­rın bə­sitliyi, xe­yir­xah qəh­rə­man, əzab çə­kən qəh­rə­man qa­dın və əc­laf, ti­pik me­lod­ra­ma üç­bu­ca­ğı­nın sə­ciy­yə­vi nümu­nə­sidir» (Арнольди Э.M. Жанры раннего кинематографа. Вопросы киноискусства, №.6. М., 1962. с.228) mo­de­li povestdə olduğu kimi ekranda da özü­nü doğ­rul­dur. Fil­min qə­zet rek­lam­la­rın­da­kı «Mə­dən­lər­də baş vermiş bö­yük yan­ğın də­xi gös­tə­ri­lə­cək­dir!» (Sadıxov N,B, Azərbaycan bədii kinosu.. B., 1970. s.12) ela­nı­nı təs­diq edən mə­dən­də yan­ğın ki­mi sen­sa­si­ya­lı re­por­taj  bə­dii oyun ki­no­su­nun şər­ti­li­yi­ni po­zur. «Toy» və «Ka­zi­no­da şən­lik» epi­zod­la­rın­da isə xa­nən­də Cab­bar Qar­yağ­dı­oğ­lu­nun mu­si­qi üç­lü­yü­nün ifa­sı səs­siz oldu­ğundan, illüstrativ sə­ciy­yə da­şı­yır. Bu­nun­la be­lə «Neft və mil­yon­lar səl­tə­nə­tin­də» fil­mi re­jis­so­run pe­şə­kar üs­lu­bu he­sa­bı­na döv­rün rus filmlərinin es­te­ti­ka­sı­nı ya­şat­sa da, mil­li aktyor mək­tə­bin­də ro­man­tiz­min ba­ni­si Hü­seyn Ərəblinskinin oyu­nu, tar­zən Qur­ban Pri­mo­vun, xa­nən­də Cab­bar Qar­yağdıoğlunun ek­ran­da gö­rün­mə­lə­ri ilə mü­vəf­fə­qiy­yət qa­zan­dı. 

Ki­no­şü­nas Na­zim Sa­dı­xo­vun fil­min «Re­nes­sans», «Mon Re­po» və di­gər kinoteatrların zal­la­rın­da gös­tə­ril­di­yi­ni xa­tır­la­yan Qur­ban Pri­mo­va is­ti­na­dən yaz­dı­ğı: «Hü­seyn Ərəblinskinin oy­na­ma­sı mə­nim xo­şu­ma gə­lir­di. Lüt­fə­li bə­yin par-par pa­rıl­da­yan fay­ton­dan düş­mə­si in­di­ki ki­mi ya­dım­da­dır. Onun iti ba­xış­la­rı elə bil gö­zü­mün qa­ba­ğın­da­dır. Lüt­fə­li bə­yin ob­ra­zı Ərəblinskiyə çox ya­ra­şır­dı. Tif­lis şə­hə­ri­nə sə­fər­lə­ri­mi­zin bi­rin­də mən bu­nu Ərəblinskiyə de­dim. O ki­no­nun bö­yük gə­lə­cə­yin­dən da­nış­dı»(Sadıxov N,B, Azərbaycan bədii kinosu.. B., 1970. s.13) xa­ti­rə­si­nin son cüm­lə­si bö­yük aktyorun fa­ciə­li ölü­mün­dən hə­mən son­ra, se­vimli ta­ma­şa­sı «Na­dir şah» üçün tik­dir­di­yi li­ba­sı ge­yi­nib us­ta­dı­nın yo­lu­nu da­vam et­di­rən əvəz­siz teatr və ki­no re­jis­so­ru Abbasmirzə Şə­rif­za­də­nin tim­sa­lın­da real­laş­dı.

So­vet rep­res­si­ya­sı­nın qur­ba­nı­na çev­ril­miş İb­ra­him­bəy Mu­sa­bə­yo­vun «Neft və mil­yon­lar səl­tə­nə­tin­də» po­ves­ti əsa­sın­da ya­ra­nan növ­bə­ti «Qı­zıl uçu­rum» fil­mi (sse­na­ri müəl­li­fi Mir­zəa­ğa Atəş, qu­ru­luş­çu re­jis­sor Fik­rət Əli­yev 1980) ədə­bi əsə­rin da­ha mü­kəm­məl mən­zə­rə­si­ni ya­rat­dı.  







Prof.  Aydın Dadaşovun “Kinoşünaslıq”  dərsliyindən B., 2009.  
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı