Modern.az

Bakıdakı Gözəllik salonlarında ən mühüm olan nədir: gözəllik, yoxsa sağlamlıq? - REPORTAJ

Bakıdakı Gözəllik salonlarında ən mühüm olan nədir: gözəllik, yoxsa sağlamlıq? - REPORTAJ

Mədəni̇yyət

24 Oktyabr 2013, 12:13


Bakıda demək olar ki, hər addımbaşı qadın gözəllik salonuna rast gəlirik. Salonlarda xidmətlər də, onların qiymətləri də müxtəlifdir. Qiymətlər həm gözəllik salonunun harda yerləşməsindən, həm də müştərilərin “çəkisindən” asılıdır. Modern.az əməkdaşı kimi bunu bir neçə salonda keçirdiyimiz sorğu zamanı müşahidə etdik.

Gözəllik salonlarında standart qiymətlər yoxdur. Məsələn, Nərimanov rayonunda yerləşən "Nərgiz' gözəllik salonunda sac kəsimi 8-10, sac yığımı 15-20, refle 25-30, üz-qaş aldırma – 5-8 manat, “uklatka” – 8 manat, makiyaj – 30 manat, manikür – 10, pedikür – 20, toy makiyajı – 70 manat, toy saç düzümü – 100 manat, habelə qaş, dodaq, sac qaynağı, gözlərin tatuajı – 50 manatdan başlayır. Bu salonda daimi müştərilərə güzəştlər var.

Amma Bakıda elə gözəllik salonu var ki, orada qiymətlər ağlasığmaz dərəcədə yüksəkdir. Təbii ki, belə halda həmin gözəllik salonlarına gedənlər məşhurlar, “ulduzlar” və imkanlı şəxslərdir.

Ən bahalı xidmət gəlin hazırlanmasıdır – 250-400 manat arası.

Paytaxtın mərkəzindən kənar qəsəbələrdə qiymətlər təbii ki, aşağıdır. Məsələn, “Gənclik”də yerləşən 'Miledi' gözəllik salonundakı qiymətlərlə Əhmədlidəki “Şahanə” salonundakı qiymətlər arasında böyük fərq var. Onu da qeyd edək ki, bahalı salonlarda gözə dəyən ilk şey təmizlikdir. Amma Bakıdakı gözəllik salonlarının heç də hamısında sanitar qaydalar gözlənilmir. Məsələn, alətlər pis sterilizə edilir, onlardan düzgün istifadə olunmur, təmizliyə riayət edilmir, işçilər tibbi yoxlamadan keçmir və s.

Bu da hətta imkanlı qadınları bəzən çətin sual qarşısında qoyur: ən mühüm olan nədir, gözəllik, yoxsa sağlamlıq?

Gülnarə Bünyatova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı