Modern.az

Satılmaq - satqın

Satılmaq - satqın

Ədəbi̇yyat

16 Dekabr 2013, 16:08

(İçsəs)

Satılmaq – maddi qazanc qarşılığında ləyaqətsiz özündənkeçmədir.

***
Satılmazlıq (dönməzlik) – həqiqət uğrunda ləyaqətli özündənkeçmədir.

***
Həqiqətin itirilməsilə sonuclanan hər bir iş – satqınlıqdır.

***
Adam asanlığa satılır – həqiqətsiz üçün satılmaq asandır.

***
Adam həqiqəti yarımçıq, dəyişkəndir – ona görə həqiqətdən keçə bilir.

***
Satılmaq – həqiqəti deməməkdir, yal qarşılığında susmaqdır.  

***
Satılmaq – əşyalaşmaqdır, özünəyiyəliyi itirməkdir, onu başqasına verməkdir.

***
Həqiqət ölçüsündən satqınlığın bəraəti – yoxdur.

***
Həqiqətsiz üçün satqınlıq – bəraətdir.

***
Dönməz – qorxmazdır, dönük – qorxaqdır.

***
Satqın – qorxduğu üçün həqiqətdən dönür.

***
Satılmağın kökündə ruhani gücsüzlük, özünəinamsızlıq, həqiqətsizliyə qarşı dayana bilməmək, onunla barışmaq istəyi durur.

***
Həqiqət uğrunda satılmırlar – həqiqətsizlikdən satılırlar.

***
Ləyaqət üçün satılmırlar – ləyaqəti satmırlar.

***
Həyatın maddiyyatını sevmək – həyata satılmaqdır.

***
Həyatın mənasını sevmək – mənaya dönməzlikdir.

***
İnsanı insanlıqdan, həqiqətdən uzaqlaşdıran hər şey – satqınlıqdır.

***
Satqınlıq – heç bir ali insani dəyər tanımamaq, qəbul etməməkdir.

***
Satqın üçün keçilməz insani dəyər – yoxdur, ona görə satqın insani olan hər şeydən keçir.

***
Satqın – həqiqətin yağısıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı