Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Türkiyə parlamentinin sədri Mehmet Əli Şahin Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb. Avqust ayının 5-dən Türkiyə Böyük Millət Məclisinin sədri seçildiyini vurğulayan Mehmet Əli Şahin ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci toplantısına toxunan qonaq parlamentlərarası münasibətlərin xalqlar arasında əlaqələrin inkişafındakı önəmini qeyd edib.
Dövlət başçısı İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri kimi Mehmet Əli Şahinin ilk xarici səfərlərindən birini Azərbaycana etməsinin önəmli olduğunu deyib. Prezident bildirib ki, dövlət başçıları tərəfindən əsası qoyulan bu ənənənin parlament rəhbərləri tərəfindən davam etdirilməsi ölkələrimiz arasında olan münasibətlərin yüksək göstəricisidir. Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci toplantısının əhəmiyyətindən danışan dövlət başçısı əlaqələrin bu formatda da uğurlu olacağını deyib. Bir neçə gündən sonra Naxçıvanda keçiriləcək türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünə toxunan Prezident İlham Əliyev bir-birinin ardınca bu cür əhəmiyyətli tədbirlərin keçirilməsini türkdilli xalqlar arasında dostluq və həmrəyliyin möhkəmlənməsi işinə xidmət edəcəyini vurğulayıb.
Mehmet Əli Şahin Türkiyə-Ermənistan münasibətlərindən danışaraq deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək.
Prezident İlham Əliyev bu mövqeyə görə təşəkkür edib.
İlham Əliyev onun salamlarını Prezident Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğan çatdırmağı xahiş edib.
Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü
“Bütün elmi tətqiqatların son nəticəsi fermerlərə yönəlib”
Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı
BirBank istifadəçilərinin sayı 400 000-i keçdi
“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR
Ermənilər cəbhədə təxribat törətdi
SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA
“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ
Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi
Məzahir Süleymanzadəyə ağır itki üz verdi
Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb
“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI
AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM
Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə
Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ
“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR
Manat bu gün hansı məzənnədə olacaq?
Dünyada ilk qatlanan ekranlı smartfon
Azərbaycanda Kiçik çillə başa çatdı
“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat
Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır
Azərbaycanda qaz hasilatı artır
Zəlzələ Türkiyəni silkələdi
Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi
Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO
Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ
Canavarlar Şəkiyə hücum etdi
Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”
Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO
Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi
Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu
Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur
Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı
Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı
Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər
“ASAN xidmət” modeli daha 8 ölkədə
Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb
Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək
Netanyahu Rusiya səfərini təxirə saldı
Bütün Avropa Qarabağ deyəcək
Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək
Bakıda naməlum şəxslər taksi sürücüsünü qarət etdi
İsa Muğannanın nəvəsi dövlət qulluğuna qəbul oldu
Ərdoğan: Ermənilər Türkiyəyə ona görə gəliblər ki...
AMEA magistraturalarına qəbul üçün müsahibə mərhələsi ləğv olunub
Tramp demokrat rəqibini “dəlisov” adlandırdı
Bakı Meriyası Milli Şuranın mitinqinə icazə vermədi
Qərbi Kaspi Universiteti beynəlxalq konfrans keçirəcək
Şərh yaz