Modern.az

Şəhid zabit Fərid Əhmədovla bağlı filmin təqdimatı oldu

Şəhid zabit Fərid Əhmədovla bağlı filmin təqdimatı oldu

Təhsil

21 Yanvar 2014, 18:02

Bu gün Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə “Hay ver mənə, leytenant” filminin təqdimat mərasimi keçirilib. Film 2010-cu ildə “İgidliyə görə” medalına layiq görülmüş şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunub.

Tədbirin açılışında çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. Daha sonra söz deputat Qənirə Paşayevaya verilib. “Bu filmin ərsəyə gəlməsinə görə zəhməti keçən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu gün belə bir sənədli filmlərin hazırlanmasına böyük ehtiyac var. Mən hər zaman deyirəm ki, şəhidlik bir zirvədir. Onlar öz əməlləri ilə xalqın tarixinə öz adlarını qızıl hərflərlə yazıblar. Nə qədər biz varıq, millətimiz var bu insanlar hər zaman yaşayacaqlar. Onları daha çox xatırlamaq, onlar haqqında filmlərin hazırlanması, tədbirlərin hazırlanması daha çox bizim üçün lazımdır. Gənclərimiz bu insanları daha da yaxından tanısınlar və özlərinə nümunə götürsünlər”.

Filmin çəkilişləri Fərid Əhmədovun ata yurdu Cəlilabadda və Bakıda aparılıb. Kinolentdə şəhidin uşaqlıq və gənclik illərini Rəşad və Elvin qardaşları canlandırıblar.

Kiçik qardaş Rəşad Qasımov: “Mən fəxr edirəm ki, filmdə Fəridin uşaqlıq illərini canlandırmışam. Onun kimi şəhid olmaq istərdim”.

Gənclik illərini, döyüş bölgələrində olduğu zamanı canlandıran digər qardaşı Elvin Qasımov isə hisslərini belə bölüşdürüb. “Fəridin rolunda oynamaqdan şərəf hissi keçirirəm. Şəhid olmaq hər insana nəsib olmur. Fərid o insanlardandı ki, o seçilib bu mərtəbəyə qalxıb. Fərid Əhmədov və onun kimi olan şəhidlərimizlə fəxr edirik”.

Fəridin həyat hekayəsini anası Nərgiz xanım, bacısı Gülnarə, dayısı və dostları dilə gətiriliblər.

Filmin ideya müəllifi deputat Malik Həsənov, baş məsləhətçi Əflatun Amaşov, layihə rəhbəri Bəxtiyar Qaraca, ssenari müəllifi Kəmalə Mirzəyeva, operator Manaf Əzizli, montaj rejissoru Rasim İxtiyaroğludur.




Rafiq Qənbərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var