Modern.az

Tiflisdə erməni-azərbaycanlı "qarşıdurması" olub

Tiflisdə erməni-azərbaycanlı "qarşıdurması" olub

Reportaj

24 May 2010, 10:19

Gürcüstanda keçirilən “Qafqaz kuboku” uzrə mini-futbol turnirində azərbaycanlılardan ibarət komanda final yarışında ermənilərə 3:0 hesabı ilə qalib gəlib. Modern.az-ın əməkdaşı xəbər verir ki, dünən Tiflisdə keçirilən yarışda azərbaycanlılardan ibarət “Qarayazı” komandası həm də birinciliyi əldə edərək “Qafqaz kuboku”nu qazanıb.

Qeyd edək ki, yarışda Gürcüstanda yaşayan müxtəlif azlıqların nümayəndələrindən ibarət 12 komanda iştirak edib. Ermənilərin “Aquri” komandası yarışda ikinci, kürdlərin “İman” komandası isə üçüncü yeri bölüşüblər. “Qarayazı” komandası turnirdə gürcüləri də 11:1 hesabı ilə məğlub edib.  

Turniri Qafqaz Gənclər Birliyi etnik azlıqların nümayəndələri ilə bərabər təşkil edib. Azərbaycan komandasını isə Gürcüstan Azərbaycanlılarının Konqresi maliyyələşdirib. Onu da deyək ki, Qardabanidən olan yeniyetmələrin komandasının özünə “Qarayazı” adı götürməsi heç də təsadüfi deyil. Qarayazı Qardabaninin tarixi adıdır.

 

Ermənilər məşq edirlər.

 

Bizimkilərin hazırlığı.

 

Erməni-azərbaycanlı "qarşıdurması".

 

Oyunda ermənilərin cığallığı üzündən dəfələrlə belə mübahisələr yaşandı.

Erməni azarkeşləri üzgündülər.

 

Azərbaycanlı azarkeşlər.

 

 

Kuboku bizimkilər qazandı.

 

1-ci yerin qızıl medalları.

 

Qalib "Qarayazı" komandası.

Lalə Musaqızı, Tiflis, Gürcüstan

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü