Modern.az

"XX yüz ilin Ağdamı”

"XX yüz ilin Ağdamı”

Ədəbi̇yyat

28 Fevral 2014, 23:21

“XX yüz ilin Ağdamı” kitabı işıq üzü görüb. Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqlinin müəllifi olduğu kitab Qarabağ mövzusuna həsr olunub.

Kitabda Qarabağın giriş qapısı sayılan Ağdam şəhərinin XX əsrdə keçdiyi tarixi inkişaf prosesləri öz əksini tapıb. Tədqiqatda şəhərin mədəniyyəti, iqtisadiyyatı, insanları, tarixi inkişaf prosesləri ayrıca bölümlərdə təhlil edilib. Xatirələrlə zəngin olan tədqiqatın hazırlanmasında həm elmi mənbələrdən, həm də Ağdam rayonunda nəşr olunan “Lenin yolu” qəzetinin arxiv materiallarından istifadə edilib.

Qeyd edək ki, bu, müəllifin Qarabağa həsr etdiyi üçüncü müəllif kitabıdır. Bundan əvvəl “Ağdam Çörək Muzeyi: dünəni, bu günü və sabahı” adlı tədqiqat, “Qarabağın ağ damı” adlı publisistik yazılar toplusu işıq üzü görüb. 2013-cü ildə V.Tofiqlinin ideya müəllifiliyi və redaktorluğu ilə “Qarabağ muzeyləri” kitabı da işıq üzü görüb.

Tədqiqata öz sözü Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yazıb. Tədqiqatın məsləhətçisi əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva və Söz Azadlığını Müdafiə Fondunun sədri, şair Musa Yaqubdur.

“XX  yüzilin Ağdamı” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı