Modern.az

Dövlət Tikinti və Arxitektura Komitəsi də qanunsuz tikililərlə bağlı hərəkətə keçdi

Dövlət Tikinti və Arxitektura Komitəsi də qanunsuz tikililərlə bağlı hərəkətə keçdi

30 İyun 2010, 11:56

Bakıdakı qanunsuz tikililər barədə danışılarkən nədənsə öncə dəmiryollarının yaxınlığında, neftlə çirklənmiş buruqlu ərazilərdəki kasıb evləri yada düşür. Halbuki, şəhərin mərkəzindəki yaşayış binalarının həyətləri, bəzi park və bağların əraziləri rayon icra hakimiyyətləri tərəfindən imkanlı şəxslərə baha qiymətə satılır, orada kommersiya obyektləri  və digər tikililər ucaldılır.

Elə Prezidentin sədrliyi ilə bu il mayın 7-də keçirilən müşavirədə də bu məsələyə toxunulmuşdu.

 

Xatırladaq ki, həmin müşavirədə tikinti üçün nəzərdə tutulmayan ərazilərin inşaat məqsədilə ayrılmasının xoşagəlməz hadisələrin yaranmasına səbəbi olduğu vurğulanmışdı. Dövlət başçısı torpaq sahələrinin ayrılması ilə əlaqədar bu vaxta qədər buraxılmış nöqsanların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini aidiyyəti orqanlardan tələb etmişdi. Prezident Bakı şəhərinin inzibati rayonlarının birində yaşayış evlərinin arasında qanunsuz olaraq (bina sakinlərinin istifadəsi üçün nəzərdə tutulmuş ərazidə) ofis binasının tikintisinə yerli icra hakimiyyəti tərəfindən icazə verildiyini xüsusilə vurğulamış və aidiyyəti orqanlardan belə neqativ halların qarşısını almağı tələb etmişdi. Prezident İlham Əliyevin sözügedən müşavirədəki çıxışından sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsində (DTAK) ümumi yığıncaq keçirilib və göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı komitənin səlahiyyətləri daxilində tədbirlərin görülməsinin vacibliyi qeyd edilib. Bu barədə Modern.az-a komitənin mətbuat xidmətindən məlumat verilib.

“Nəzərə alınmışdır ki, bu il aprel ayında H.Əliyev prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki məhəllədə sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş ərazidə 5 mərtəbəli ofis binasının tikintisinin qarşısının alınması məhz komitənin səyi nəticəsində mümkün olmuşdur”-deyə DTAK-dan bildirilib. Qeyd edilib ki, hazırda komitə tərəfindən Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında tikinti üçün nəzərdə tutulmayan ərazilərdə tikilmiş və tikilməkdə olan obyektlərin siyahısı dəqiqləşdirilir. Aşkar edilən belə tikinti obyektlərinin siyahısı müvafiq  tədbirlərin görülməsi üçün  aidiyyəti orqanlara təqdim olunacaq. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü