Modern.az

Bizim üçün diplomatiya dövrü başlayır

2 Dekabr 2020, 11:38

Vasif İsmayıl

Baxın, dostlar. Diplomatiya heç vaxt sadə insanlara buraxılmayan sənətdir. Mən sadəcə atam müəllim olduğu üçün həkimliyi seçdim. Bu dünyada təbabətdən sonra ən çox oxuduğum diplomatiya və informasiya texnologiyalarıdır (proqramlaşdırma və riyazi modelləşdirmə).

Diplomatiyanın məğzi mənim illər əvvəl yazdığım "14 nömrəli avtobus prinsipi" yazısında əks olunub.

Qısa və anlaşılandır:

İstədiyin nəticəni almaq üçün lazım olan zamanda lazım olan yerdə duracaqsan və.... - nə və - hadisə səni özün istədiyin yerə oturdacaq.

Dostlar, biz xalq olaraq ancaq öz qırmızı çizgilərimizi müəyyənləşdiririk. Diplomatiya isə o qırmızı çizgilərin harada tapdaladığını bizə göstərmədən həmişə öz bildiyi kimi gedir.

Biz indi istədiyimiz yerdə oturmaq üçün uğurlu zamanda uğurlu yerdə durmuşuq.

Diplomatiya, dövlət idarəçiliyi şüarlarla aparılmır.

Şüarlar sadəcə bizi, yəni sadə xalqı vəcdə gətirmək üçündür.

Ermənini "voobşe zaçumorit eləmək" istəyirsiniz?

Sizin vəzifəniz. İnkişaf edin, törəyin.

Vəssəlam!

P.S. Nə yaxşı ki, istədiyimiz yerə çatmaq üçün artıq erməni öldürmək lazım gəlməyəcək.

P.P.S. Mənimlə bir otaqda olanlar bilirlər. Stolumun üstündə ailəmin şəkli yoxdur. Prezidentin də şəkli yoxdur (artıq olacaq). Ancaq Çörçilin portreti var. Diplomatiyanın (çağdaş) ideoloqu mənə görə Makiavelli, ilk tətbiq edən Bismark, ən uğurlu tətbiq edən Çörçil, amma....diplomatiyanın ustası, o..raşı Taleyrandır.

Taleyran kimi düşünüb, Çörçil kimi davranıb, Bismark kimi bitirəcəksən.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək